Jan 08, 2019 11:04 Asia/Baku
  • İranın milli futbol komandası
    İranın milli futbol komandası

Beynəlxalq futbol federasiyası FİFA bazar ertəsi günü axşam öz rəsmi internet səhifəsində İran İslam Respublikasının milli futbol komandasını alqışlayıb.

İRNA-nın məlumatına görə, İran millisinin Yəmən futbol komandası ilə qarşılaşmadan qələbə ilə ayrılmasının ardınca  FİFA-nın rəsmi internet səhifəsində yer alan yazıda deyilir: Üçqat Asiya Çempionu yarışın başladığı ilk andan aktiv oyun nümayiş etdirdi. 

İranın milli futbol komandası Yəmən ilə qarşılaşmada nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. 

İran İslam Respublikasının milli futbol komandası 17-ci Asiya Çempionatının başlıca favoritlərindən sayılır və çempionatdakı ilk qarşılaşmasında Yəmən komandasını 5-0 hesabı ilə məğlub edib. 

Şərhlər