Apr 22, 2019 10:27 Asia/Baku
  • Pekin film festivalının Tiyan-Tan mükafatı iranlı akstrisaya verilib
    Pekin film festivalının Tiyan-Tan mükafatı iranlı akstrisaya verilib

Əli Cabir Ənsarinin düzəltdiyi "Tehran, eşq şəhəri" adlı filmin iranlı aktrisası Foruğ Qocabəyli 9-cu Pekin beynəlxalq film festivalının ən yaxşı aktrisası adını qazanıb.

9-cu Pekin beynəlxalq film festivalı İrandan hakim kimi Məcid Məcidinin iştirakı, həmçinin bu festivalın rəqabət bölməsinin namizədi kimi İran filmləri "İro" və "Tehran, eşq şəhəri" filmləri ilə aprelin 13-dən 20-dək keçirilib. Bütövlükdə 85 dünya ölkəsi və məntəqəsindən 775 film səma sarayı mənasını verən Tiyan-Tan mükafatını almağa namizəd olubdur ki, sonda Foruğ Qocabəyli Mina roluna görə, Tiyan-Tan mükafatını əldə etməyə müvəffəq olubdur.

"Tehran, eşq şəhəri" filmi üç şəxsiyyət barədə olan kədərli ictimai bir satiradır. Bu şəxslər həddi-hüdudsüz hay-küyə rəğmən, özlərini tənha hiss edir və bu tənhalığın doldurulması yolunda superşəhər olan Tehran və öz varlıqları barədə daha dərin tanışlığa çatırlar. Bu üç şəxsiyyətin əhvalatları paralel surətdə irəliləyir və sonda hər üç nəfər daha əzmkar şəkildə və özü barədə daha dərin dərk ilə Tehranın hay-küyündə öz yolunu davam etdirir.

Şərhlər