Oct 23, 2019 07:51 Asia/Baku
  • Səhər yeməyindən öncə idman daha çox piyi əridir
    Səhər yeməyindən öncə idman daha çox piyi əridir

İngiltərədə tibb elmləri üzrə tədqiqatçılar bildiriblər ki, səhər yeməyindən öncə idman daha çox piyi əridir və bədənin insulinə cavab tərzini yaxşılaşdırır.

Nəticələri “Metabolizm və klinik endokrin xəstəliklər” adlı nəşrin son sayında dərc olunmuş İngiltərədə Birmenhem universiteti və Bat universiteti tədqiqatçılarının araşdırmalarına əsasən, idmanın zaman cədvəlinin dəyişdirilməsilə daha yaxşı nəticələr əldə etmək olar.

Artıq çəkiyə malik otuz kök kişi üzərində aparılmış bu altıhəftəlik araşdırmada iki universitetin nəzarəti altında olan iki qrupun araşdırmasının nəticələri müqayisə edilib və məlum olubdur ki, idman zamanının səhər yeməyindən öncəyə dəyişdirilməsi şəxs üçün daha yaxşı nəticələrə malikdir. Səhər idmanının ən mühüm nəticələri, şəkər xəstəliyi və ürək-damar xəstəliklərinin qarşısının alınmasıdır.

 

 

Şərhlər