Nov 07, 2019 07:31 Asia/Baku
  • Quraqlığa görə fillərin ölümü
    Quraqlığa görə fillərin ölümü

Afrikanın cənubunda güclü quraqlıq fillər daxil olmaqla vəhşi heyvanları ciddi təhlükə qarşısında qoyub və onların bəzilərinin məhv olmasına bais olubdur. Bu məsələ təbiətsevərləri nigaran edibdir.

Assoşieyted-Press-in məlumatına görə, Afrikanın cənubunda güclü quraqlıq fillər daxil olmaqla vəhşi heyvanları ciddi təhlükə qarşısında qoyubdur, zira su və qida mənbələri sözün əsl mənasında məhv olublar. Zimbabvenin şimalında yerləşən “Mana Pulz” milli parkının məmurları yağışın yağması üçün dua edirlər. Onlar heyvanlar aləminin əhalisini diri saxlamaq üçün bu milli parka yük maşını ilə ot və qida aparırlar. Amma park gözətçiləri xəbərdarlıq ediblər ki, əgər yağış uzun fasilə ilə yağarsa, ola bilsin, onların səyləri kifayət etməsin. Kəskin quraqlıq səbəb olur ki, heyvanlar qurumaqda olan palçıqlarda ilişib qalsınlar. Zimbabve milli parkının işçilərinin sözlərinə görə, ötən həftələrdə on ədəd fil parkda həyatını itiribdir. Zimbabve Afrikanın cənubunda ot və qida maddələrinin inkişaf etdiyi ən böyük bölgələrindən biridir. Amma 2018-ci ilin oktyabrından başlanan quraqlıq bu günədək davam edibdir. Bu ilin avqustunda Zimbabve hökuməti 2018 və 2019-cu illərin quraqlıqlarını milli faciə adlandırıb və beynəlxalq humanitar yardımların göstərilməsini istəyibdir. Zimbabvenin qərbində yerləşən Huanj milli parkında rəsmilər deyilər ki, fillərin tələfatı daha çoxdur.

 

Şərhlər