Dek 09, 2019 17:26 Asia/Baku
  • Varşavada İran məhsullarına rəğbət
    Varşavada İran məhsullarına rəğbət

2019-cu il Polşa diplomatik xeyriyyə bazarı İran məhsullarına rəğbətlə keçirilib.

65 səfirlik və beynəlxalq diplomatik nümayəndəliyin iştirakı ilə keçirilən 2019-cu il Polşa diplomatik xeyriyyə bazarında İran, Türkiyə, İtaliya, Bolqarıstan, Azərbaycan Respublikası, Qazaxıstan və Ukrayna kimi ölkələrin səfirlikləri öz ölkələrinin yeyinti sənayesi və əl işləri sənayesi məhsullarını, həmçinin ənənəvi yeməklərini satışa qoyublar. Əl işləri sənayesi məhsullarının və quru meyvələrin təqdim olunduğu İran pavilyonundakı məhsullar böyük rəğbətlə qarşılanıb. Dünyanın əksər nöqtələrində yeni milad ili ərəfəsində dekabr ayının ilk bazar günündə səfirlik və beynəlxalq diplomatik nümayəndəliklər xeyriyyə bazarları təşkil edir və öz ölkələrinin məhsullarını satışa qoyurlar. Bu satışdan əldə olunan gəlir yoxsu insanlara, əlacsız xəstələrə ödənilir.

 

 

Şərhlər