Dek 09, 2019 17:47 Asia/Baku
  • Rusiya olimpiya oyunları və beynəlxalq idman yarışlarından məhrum edilib
    Rusiya olimpiya oyunları və beynəlxalq idman yarışlarından məhrum edilib

Dünya Anti-Dopinq Agentliyi- WADA Rusiyanı 4 il beynəlxalq idman yarışlarında, o cümlədən qarşıdakı olimpiya oyunları və futbol üzrə dünya çempionatında iştirak etməkdən məhrum edib.

Dünya Anti-Dopinq Agentliyi- WADA-nın icra komitəsi bildirib ki, bu qərar Rusiyanın olimpiya idmançılarının dopinq sınağı üçün bu agentliyə verilən dopinq laboratoriyası məlumatlarının manipulyasiya edilməsinə görə çıxarılıbdır.

Bu, Dünya Anti-Dopinq Agentliyinin dünyanın idman tarixində bir ölkəyə qarşı ən ağır cəzasıdır.

Beləliklə, Rusiya idmançılarından heç biri 2020 Tokio Yay Olimpiya Oyunları, 2022 Pekin Qış Olimpiadası, həmçinin 2020-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edə bilməz.

İsveçrənin Lozanna şəhərində yerləşən Dünya Anti-Dopinq Agentliyi- WADA-nın icra komitəsi bildirib ki, Nəzarət və Uyğunluq Komitəsinin Rusiya idmanına qarşı təklif etdiyi sanksiyaların tam siyahısı icra komitəsinin bütün on iki üzvü tərəfindən təsdiq edilibdir.

Nəzarət və Uyğunluq Komitəsi agentliyin icra komitəsinə təklif etmişdi ki, Rusiya bayrağı altında olan bütün idmançıların olimpiya oyunlarında və digər beynəlxalq yarışlardakı oyunu dörd il müddətinə qadağan edilsin.

WADA bu təklifi qəbul etməklə bərabər, rus idmançılara olimpiya oyunlarında bitərəf bayraq altında iştirak etmək icazəsi verib.

Dünya Anti-Dopinq Agentliyi- WADA-nın icra komitəsinin qərarı "qanunun əks gücü"nə aid olur. Bu, o deməkdir ki, əgər bir idmançının keçmişdə bir yarışda dopinq etməsi sübuta yetərsə, o, gələcək yarışlardan məhrum edilib, cəzalandırılmaqdan əlavə, keçmiş yarışlarda dopinqlə əldə etdiyi medalları və idman iftixarları ondan geri alınacaqdır.

Teqlər

Şərhlər