Noy 13, 2020 18:52 Asia/Baku
  • 5 İran vaksini ÜST-ün COVID-19 peyvəndlərinə namizədlər siyahısında

İranın Qida və Dərman Təşkilatının sözçüsü, beş İran vaksininin Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 vaksinlərinə namizədlər siyahısına daxil edildiyini bildirib.

SəhərAzəri xəbər verir, Kiyanuş Cəhanpour bu gün bir tvitt-də yazıb: İndiyə qədər 5 İran peyvəndi Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 vaksinlərinə namizədlər siyahısına daxil edilibdir.

Bir çox ölkədə COVID-19 vaksininin hazırlanması üzrə səylər davam edir. Son günlər bəzi əczaçılıq şirkətləri də düzəltdikləri vaksinin doxsan faizdən çox uğur qazanmasından xəbər veriblər.

Dünyada koronavirusa yoluxmuş şəxslərin sayı təqribən 53 milyona çatıb. Onlardan azı bir milyon üç yüz min nəfər həyatını itirib. 37 milyon 271 min nəfərdən çox xəstə də sağalıbdır.

Teqlər

Şərhlər