Sen 12, 2020 17:37 Asia/Baku

Fələstin İslamçı Cihad Hərəkatının rəhbər üzvlərindən biri ərəb xalqlarını Fələstin məsələsini gündəmdən çıxartmağa çalışanlara qarlı mübarizəyə dəvət etdi.

Səhər Azəri bildirir ki, Fələstin İslami Cihad Hərəkatının siyasi bürosunun üzvü Yusif Əl-Həsayinə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin İsrail rejimi ilə diplomatik əlaqələr qurmasını tənqid edib. 

Əl-Əhd informasiya portalına müsahibəsində Fələstin məsələsinin gündəmdən çıxarılması istiqamətində atılan addımlara işarə edərək deyib: Fələstin və ərəb xalqları özlərinə və müqavimətə arxalanmalıdırlar. 

Yusif Əl-Həsayinə daha sonra ərəb xalqlarını Fələstin məsələsini gündəmdən çıxartmağa çalışanlara qarşı mübarizəyə dəvət edib: "Fələstin məsələsinin üzləşdiyi xəyanətlər və fitnələrə baxmayaraq, baş verənləri diqqətlə izləyən agah insanlar Fələstin məsələsini müdafiə etməyə borcludurlar. Və tezliklə Fələstin məsələsinin gündəmdən çıxarılmasına hesablanmış bütün planların uğursuzluğa düçar olmasının şahidi olacağıq."

Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin İsrail ilə diplomatik əlaqələr qurmasını tənqid edən Əl-Həsayinə əlavə edib: "İsrail ilə anlaşmanın tərəfdarı olanlar Fələstin məsələsindən kənarlaşdıqlarını və sionist düşmənlə dostluqlarını elan etməklə İran və Türkiyə kimi regionun agah dövlətləri əleyhinə Amerikan planın icrasına dəstəkləyirlər. Onlar İsrail ilə bir olub regionda azadlıq və müstəqillik uğrunda mübarizə aparan bütün tərəflərə qarşı savaş elan etmək istəyirlər." 

 

Teqlər

Şərhlər