Noy 19, 2020 09:22 Asia/Baku
  • Qərb sahilinin mərkəzində anti-Amerika aksiyası

Bir qrup fələstinli qərb sahilnin mərkəzində aksiya keçirib. Onlar ABŞ dövlət katibinin sionistsakinli qəsəbələrə baş çəkmək qərarını pisləyiblər.

SəhərAzəri xəbər verir, çox sayda fələstinli Fələstinin məsul şəxslərilə yanaşı, dünən İordan çayının qərb sahilinin mərkəzində yerləşən Əlbirə şəhərində aksiya keçirməklə Fələstinin milli birliyinin gücləndirilməsi vacibliyini vurğulayıb.

«Ramullah və Əlbirə» vilayətinin müxtəlif bölgələrindən özlərini «Cəbəlultəvil» bölgəsinə çatdıran aksiya iştirakçılarının əllərində Fələstin bayraqları və üzərlərində «sionistqəsəbəsalma»nı və Amerika hökumətinin anti-Fələstin mövqeyini pisləyən plakatlar olub. Aksiyaçılar sionist rejimin işğalçılığı və təcavüzkarlığı əleyhinə şüarlar veriblər.

ABŞ-ın dövlət katibi Mayk Pompeo və Bəhreynin xarici işlər naziri Əbdullətif Əlziyaninin başçılıq etdiyi bu ölkə hökumətinin ilk nümayəndə heyəti dünən işğal olunmuş Fələstin ərazilərinə daxil olublar.

Teqlər

Şərhlər