Fev 11, 2020 19:03 Asia/Baku
  • İRAN XALQI 22 BƏHMƏN YÜRÜŞÜNDƏ İŞTİRAKA TƏKİD EDİB
    İRAN XALQI 22 BƏHMƏN YÜRÜŞÜNDƏ İŞTİRAKA TƏKİD EDİB

İslami İranın müxtəlif bölgələrində qarın yağması və anomal hava şəraitinə rəğmən xalq milyonluq iştirakla islam inqilabının qələbəsinin ildönümünə xüsusi cilvələr qatdı.

Bu gün 22 bəhmən 11 fevral İranda islam inqilabının qələbəsinin ildönümü günüdür. 

Bu ilki 22 bəhmən yürüşlərində müxtəlif yaş qruplarına aid olan xalq kütlələri geniş iştiraka malik olub. İslam inqilabının 41-ci ildönümünün İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin şəhid komandanı General Leytenant Qasim Süleymaninin şəhadətinin qırxı gününə təsadüf etməsi İranda xalq yürüşlərinə xüsusi ab-hava qatıb. 

İran bayraqları, şəhid General Süleymaninin şəkilləri yürüş keçirənlərin əllərində daşınıb. 

İranın silahlı qüvvələrinin istehsal etdiyi yüksək diqqətlə hədəfi vuran raketlər, ağıllı bombalar və digər müdafiə təchizatları da bu ilki 22 bəhmən yürüşlərində nümayiş etdirillərək xalq tərəfindən rəğmətlə qarşılanıb. 

Allahu Əkbər, Amerikaya ölüm, İsrailə ölüm şüarlarının sədləndirilməsi, rəssamlıq stansiyalarının təşkili, şüar yazma yerləri, küçə tamaşaları və epik nəğmələr 22 bəhmən yürüşlərinin digər cazibədar cəhətlərini təşkil edirdi.

İranın müxtəlif şəhərlərində xalq həmçinin Amerika və sionist rejimin bayraqlarını yandırmaq və amerikan terrorçuların tabutlarını daşımaqla onların Asiyanın qərbi bölgəsini tərk etməli olduqlarını vurğulayıblar. 

Bu ilki 22 bəhmən yürüşlərini 6 min iranlı və xarici müxbir əkd etdirmişdir.

Teqlər

Şərhlər