Sep 07, 2019 06:48 Asia/Baku
  • İnqilab Rəhbərinin hüzurunda əzadarlıq mərasimi
    İnqilab Rəhbərinin hüzurunda əzadarlıq mərasimi

İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Husəyn(ə) hüseyniyyəsində Həzrət Əba Əbdillah Əl-Husəyn(ə) əzadarlığı mərasimi keçirilib.

Bir qrup ölkə rəsmisi və xalqın müxtəlif təbəqələrinin iştirak etdikləri bu mərasimdə höccətulislam vəlmuslimin Seddiqi çıxış edib. Cənablar Eslamifər, Ərzi və Bəni Fatime Həzrət Seyyiduşşuhəda(ə)-ın müsibətlərinə mərsiyə və növhələr oxuyublar.

Dünya şiələrinin üçüncü imamı Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın şəhadəti günlərinin əzadarlıq mərasimi məhərrəm ayının yeddinci gecəsindən 12-ci gecəsinədək altı gün müddətinə Tehranda- İmam Xomeyni(r.ə.) hüseyniyyəsində keçiriləcək.

 

Şərhlər