Sen 21, 2020 09:49 Asia/Baku
  • İranda

Bu gün 21 sentyabr 2020-ci il İraqın Bəəs rejiminin İran İslam Respublikasına qarşı başlatdığı müharibənin ildönümü gününə təsadüf edir.

Səhər Azəri bildirir ki, Səddam rejiminin təcavüzkar ordusu 21 sentyabr 1980-ci ildə (31 şəhrivər 1359-cu günəş ili) bir həftə ərzində Tehranı ələ keçirə biləcəyi təsəvvürü ilə İrana qarşı müharibəyə başladı. 

31 şəhrivər İran təqvimində "Müqəddəs Müdafiə" həftəsinin ilk günü kimi tarixə keçib. Bu bir həftə ərzində İranda "Müqəddəs Müdafiə" ilə bağlı müxtəlif mərasimlər və tədbirlər keçirilir. 

İraqın Bəəs rejimi 40 il öncə İranda İslam Respublikası quruluşunu devirmək məqsədilə dünya imperializminin hərtərəfli dəstəyi və himayəsinə arxalanaraq, İrana qarşı geniş müharibəyə başladı.

8 il sürən müharibə dövründə əcnəbilərin hədəf və məqsədləri uğruna İran əleyhinə savaşan Səddam rejimi xüsusilə Fars Körfəzindəki Ərəb ölkələrinin hərtərəfli himayəsinə malik idi. 

8 illik Müqəddəs Müdafiə dövrü sübut etdi ki, bütün çətinliklərə, xarici təzyiqlərə, maliyyə resurslarının olmamasına və saysız problemlərə rəğmən Allaha təvəkkül etmək və güclü iradə ilə dünyanın zorakı qüdrətləri qarşısında dayanmaq mümkündür.  

Teqlər

Şərhlər