Avq 14, 2020 22:06 Asia/Baku
  • Zərif BƏƏ ilə sionist rejim arasında razılaşmanı qınadı

İranın xarici işlər naziri İslami Cihad Hərəkatının baş katibi ilə telefon danışığında Əbu Dəbi ilə sionist rejim arasında əldə olunan razılaşmadan təəssüfləndiyini bildirib.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif Beyrutdakı görüşünün sonunda İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nəxalə ilə telefon danışığında, Abu Dəbi ilə sionist rejim arasında əldə olunan razılaşmadan təəssüfləndiyini bildirərək əlavə edib: Əminik ki, bu xain hərəkət Fələstin xalqının müqavimətinə və müqavimət hərəkatına mənfi təsir göstərməyəcəkdir, əlbəttə bölgə və Fələstin xalqının Fələstin məqsədlərınə qarşı bu siyasətə nifrətini artıracaqdır.
Ziyad əl-Nəxalə, isə İran İslam Respublikasına Fələstin işini daim dəstəklədiyinə görə təşəkkürünü bildirib, və deyib: Bu vəhşi hərəkət Fələstin xalqının müqavimətinə təsir göstərməyəcəkdir.

Teqlər

Şərhlər