Avq 18, 2020 17:26 Asia/Baku
  • Haaqa Məhkəməsi:

Beynəlxalq Cinayət Məhkəməsi (Haaqa) Livan Hizbullahının bu ölkənin sabiq baş nazirinə qarşı terror aktında iştirak etməsini rədd edib.

SəhərAzəri xəbər verir, Beynəlxalq Haaqa Məhkəməsi bu gün Rəfiq Əl-Həririyə qarşı sui-qəsdin siyasi məqsədlər üçün törədilən terror aktı olduğun bildirib və Livanın sabiq baş naziri Həririnin terrorunda Hizbullah və ya Suriya rəhbərlərinin əlinin olması barədə hər hansı bir fakt və ya sənədin olmadığını bəyan edib.

Məhkəmə hakimi, həmçinin bu terror əməliyyatında Hizbullahın baş katibinin iştirak etməsinə dair heç bir sənədin olmadığını və Seyid Həsən Nəsrullah ilə Rəfiq Həririnin yaxşı münasibətləri olduğunu vurğulayıb.

2005-ci il fevralın 14-də Beyrutda baş verən bomba partlayışı nəticəsində Livanın sabiq baş naziri 21 nəfərlə birlikdə həyatını itirdi və  daha sonra bu əməliyyatda təqsirləndirilən dörd nəfər həbs edildi. Rafiq Həririnin qətli ilə bağlı BMT "Livan üçün xüsusi məhkəmə" adı altında bir sıra araşdırmalara başladı. 

Teqlər

Şərhlər