Jan 03, 2019 11:17 Asia/Baku
  • Gülən məsələsi ilə bağlı bir amerikalı heyət Türkiyəyə gəlir

İki türkiyəli rəsmi bildirib ki, bu ölkə dövləti ilə müxalif olan Fəthullah Gülənin ehtimal üzrə ekstradisiyası barədə bəhs etmək üçün Amerikadan bir heyət bu ölkənin paytaxtı Ankaraya yola düşüb.

Türkiyə dövləti Fəthullah Güləni 2016-cı ildəki uğursuz çevrilişdə rol oynamaqda ittiham edib və bu üzdən, Amerikadan onun ekstradisiyasını istəyibdir.

Amerikalılar, xüsusən ABŞ prezidenti Donald Tramp ötən ilin noyabrında Türkiyənin istəyini rədd edərək, demişdilər ki, bu barədə bir iş görməyəcəklər.

Amerikalı heyətin bu gün və sabah Türkiyənin ədliyyə, daxili və xarici işlər nazirliklərində Türkiyə rəsmiləri ilə görüşlər keçirəcəyi gözlənilir.

Türkiyə informasiya mənbələri xəbər veriblər ki, amerikalı heyətin Ankara müzakirələrinin mehvəri Gülənə qarşı ittihamların araşdırılmasıdır. Türkiyənin prezidenti Rəcəb Tayyıp Ərdoğanın dövləti ilə müxalif olan Fəthullah Gülən son illər Amerikada yaşayır.

Teqlər

Şərhlər