Fev 14, 2020 13:39 Asia/Baku
  • Rusiya Türkiyənin İdlib hadisələri qarşısındakı mövqeyini tənqid edib
    Rusiya Türkiyənin İdlib hadisələri qarşısındakı mövqeyini tənqid edib

Kreml bildirib ki, Türkiyə Suriyanın İdlib vilayətində hücumları zərərsizləşdirmək barədəki vədinə əməl etməyib.

Kreml, Rusiyanın xarici işlər və müdafiə nazilrikləri Türkiyəni İdlibin durumuna pis niyyətlə yanaşmaqda ittiham ediblər.

Kreml bildirib ki, Türkiyə Suriyanın İdlib vilayətində hücumları zərərsizləşdirmək barədəki vədini yerinə yetirməyib və Ankaranın bu hərəkəti qəbuledilməzdir.

Rusiyanın xarici işlər nazirliyi Türkiyə hökumətinə xəbərdarlıq edib ki, onun qüvvələri rəsmi Dəməşqin razılığı olmadan Suriyadadır və Türkiyə hərbçiləri İdlibin durumunu ciddi tərzdə ağırlaşdırıblar.

Rusiyanın müdafiə nazilriyi Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın rusiyalı və suriyalı qüvvələrin daima mülki əhaliyə hücum etmələri, qırğın törədib, qan axıtmalarına dair iddasını kökdən rədd edib.

Rusiyanın müdafiə nazilriyi bir açıqlamada bildirib: Türkiyə nümayəndələrinin rus qüvvələrin İdlibdə, gərginliyin azaldılması bölgəsində mülkilərə qarşı hücumları barədəki açıqlamaları reallıqdan uzaqdır.

Kremlin sözçüsü Dmitri Peskov da deyibdir ki, Rusiya hökuməti Suriya barədə Ankarada bağlanmış müahidəyə sadiq qalmaqda davam edir, amma Rusiya terrorçuların İdlibdəki hücumlarını qəbuledilməz və həmin razılaşmanın pozucusu hesab edir.


 

 

 

Şərhlər