Sen 18, 2020 08:33 Asia/Baku
  • Türkiyədə koronavirus üzrə sınaq vaksinasiyası başlanıb

Türkiyədə müalicə kadrından 1200 nəfərin üzərində koronavirusla mübarizə üzrə Çin vaksininin ilkin sınağı keçirilib.

SəhərAzəri xəbər verir, Türkiyədə «Hacət Təpə» universitetinin elmlər akademiyasının üzvü Murad Akva deyib: Dünyada doqquz vaksin üçüncü iş fazasına daxil olubdur ki, Türkiyədə on üç min nəfər Çində istehsal olunmuş vaksindən istifadə edəcək.

Akva sonra söyləyib: Bu gün aşılanan vaksin on gündən sonra yenidən həmin şəxslərə vurulacaq. Əgər xəstələrdə nişanələr müşahidə olunarsa, digər bir yoldan istifadə olunacaqdır.

Bundan öncə bir neçə dünya ölkəsində, o sıradan Braziliya, əmirliklər, indoneziya və Banqladeşdə on min nəfərdən çox insan bu Çin peyvəndini alıbdır.

Son statistikalara görə, koronavirusun yayıldığı zamandan bəri Türkiyədə bu xəstəlikdən ölənlərin sayı 4096 nəfərə çatıbdır.

Teqlər

Şərhlər