Noy 18, 2020 10:14 Asia/Baku
  • Türkiyədə yenidən sərt qadağalar tətbiq olunur

Türkiyə prezidenti koronavirus pandemiyasının ikinci dalğasını aradan qaldırmaq məqsədilə bu ölkədə ümumölkə karantininin tətbiq edilməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, Rəcəb Tayyıb Ərdoğan dünən gecə bildiribdir ki, bu karantin 65 yaşından yuxarı və 20 yaşından aşağı olanlara tətbiq olunacaqdır.

Türkiyə prezidenti həmçinin cari milad ilinin sonunadək ölkədəki bütün məktəblərin bağlanması və yalnız çölə çıxış formasında restoranlardan yeməyin göndərilməsindən xəbər verib.

Son günlər Türkiyədə koroanavirusla bağlı yoluxma və ölüm halları bir daha artma tempi götürübdür.

Son rəsmi statistikalara görə, indiyədək Türkiyədə 421 min 413 nəfər COVID-19-a yoluxubdur ki, bu miqdardan on bir min 704 nəfər həyatını itiribdir.

Türkiyə hökuməti koronavirus pandemiyasının ikinci dalğası ilə mübarizə aparmaq üçün ağır nağd cərimələri və koronavirus tədbirlərini pozanlarla qanunla rəftar edilməsini də icraya qoyubdur.

Türkiyə daxili işlər naziriliyi son zamanlar bir sərəncamda bildiribdir ki, əgər bu ölkədə koronavirusa yoluxmuş şəxslər başqaları ilə olan əlaqələri barədə koronavirusu izləyən məmurlara yanlış informasiyalar verərlərsə, qanun əsasında üç aydan iki ilədək həbsə və nağd cərimələr ödəməyə məhkum ediləcəklər.

Teqlər

Şərhlər