Türkiyə qəzeti:
İran peyklərinin buraxılması İran-Rusiya əməkdaşlığının dərinləşməsinin əlamətidir
Türkiyənin “Yeni Şafak” qəzeti İranın üç peykinin Rusiyanın “Soyuz” raketi vasitəsilə orbitə çıxarılmasını İran və Rusiya arasında kosmik texnologiyalar sahəsində strateji əməkdaşlığın genişlənməsinin açıq göstəricisi kimi qiymətləndirib.
Türkiyənin "Yeni Şafak" qəzetinin yazdığına görə, "Zəfər-2", "Paya" və "Kövsər 1.5" peyklərinin Rusiyanın Vostoçny kosmodromundan buraxılması İran və Rusiya arasında qabaqcıl texnologiyalar sahəsində strateji münasibətlərin dərinləşdiyini nümayiş etdirir.
Qəzet yazıb ki, bu cür əməkdaşlıq hər iki ölkənin Qərbin təzyiq və sanksiyaları altında olduğu bir şəraitdə xüsusi əhəmiyyət daşıyır və hər iki ölkə üçün qarşılıqlı fayda gətirir.
Bu, yeddinci dəfədir ki, İran peykləri Rusiya tərəfindən orbitə çıxarılır və iki ölkə arasında uzunmüddətli və davamlı kosmik əməkdaşlığın formalaşdığını göstərir.