Mart 07, 2016 16:54 Asia/Baku

Tanınmış şairə Azərbaycanın qadın şairlərindən olan Heyran xanım haqqında söhbət gedir.

Seyr edin gərdəni minayə baxın

Sərimi saldı nə sevdayə baxın

Zülfü meşkini salıb arizinə

gün küsuf eyləyib ol ayə baxın

Can alar, qaşı tökər, kirpiyi qan

Mərhəba ol oxa, olyayə baxın

Qəmzəsi qanlar içib məst olub

Can alan nərgisi şəhlayə baxın

Əksi mey, çöhrəsini al qılıb

Açılıb ol güli həmrayə baxın

Gör bənovşə açılıb ya ki salıb xət, gülü arizinə sayə baxın

Büküb ən qamətimi dal eləyib

Sərv tək ol qədi rənayə baxın

Hicri ol mah roxun heyranı

Saldı məcnun kimi səhrayə baxın




Teqlər

Şərhlər