Mar 09, 2016 12:56 Asia/Baku

Azərbaycan ədəbiyyatının ən önəmli və ən dəyərli mövzularından olan bayatılar haqda.

Bayatılar tarixin dərinliyindən axıb gələn qısa təranələrdirlər. Bu gün bayatı dediyimiz 4 misrədən ibarət olan 7 hicalı şerlərdir ki hər bir azərbaycanlı heç olmasa neçə neçə belə şerləri əzbərdən oxuya bilər. Müxtəlif zamanlarda çeşidli əhval ruhiyyə üçün münasib bayatılar dillərdə gəzir . Min illərdən bəri minlər insanın ürək sözləri bir-birinə düyünləyib, cilvələnib və bu gün bizim dilimizə gəlib çatıb. Ancaq bir bayatı bəlkə də milyonlarının ürək sözü və arzu diləyini oxşayır. Hər bayatı min insanın dilində gəzərək min diləyin , min ürəyin nəğməsidir.

Teqlər

Şərhlər