Dek 28, 2016 19:06 Asia/Baku
  • İmam Rzaq(ə)-ın hərəmi
    İmam Rzaq(ə)-ın hərəmi

Kanadalı bir gənc Məşhəd şəhərində İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul edərək, müsəlman olub

Deyerler.org Asdan News-a istinadən xəbər verir ki, Kanada vətəndaşı Conatan Klark Qüds Rəzəvi ostanına ilk dəfə etdiyi ziyarətində Cəfəri fiqh elmi əsasında İslam dinini qəbul edib və özü üçün Məhəmməd adını seçib: "İrandan Kanadaya gələn bir sinif yoldaşımın davranış tərzi və əxlaqi xüsusiyyətləri, mənim üçün çox maraqlı idi. Onun mənsub olduğu dini soruşanda müsəlman olduğunu söylədi və İslam dini diqqətimi çəkdiyi üçün bu din barədə araşdırma aparmağa qərar verdim. İranlı sinif yoldaşım səmavi kitabının Quran olduğunu dedi və mən Quranı tamamilə oxudum və bu müqəddəs kitabın hər şeydən ən gözəl şəkildə bəhs etdiyini öyrəndim və beləcə İslamla daha yaxından tanış olmağa qərar verərək, İslam barədə bağlı müxtəlif kitablar oxudum", - deyə yenicə müsəlman olmuş kanadalı Məhəmməd bildirib.

Teqlər

Şərhlər