Okt 10, 2016 13:21 Asia/Baku
  • İraq əhalisi Bağdadda Türkiyə səfirliyinin qarşısında etiraz aksiyası keçirib

İraq əhalisi Bağdadda Türkiyə səfirliyinin qarşısında etiraz aksiyası keçirib

İraqın paytaxtı Bağdadda yerləşən Türkiyə səfirliyi qarşısında kütləvi etiraz aksiyası keçirilib.

 

Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları Türkiyənin İraqda hərbi mövcudluğunun daha bir il müddətinə artırılmasına etiraz ediblər. Etirazçılar dərhal Türkiyə ordusunun İraq ərazisini tərk etməsini tələb ediblər. Bəsrə əhalisi də anoloji aksiya keçirib.

 

Bununla yanaşı İraq parlamentinin beynəlxalq məsələlər üzrə komitəsinin üzvü Rəzzak Heydəri Türkiyəni beynəlxalq normaları və sazişləri pozmaqda ittiham edib.

 

"Türkiyə İraqdan ordusunu geri çəkməsə başqa cür metodlara baxış keçiriləcək", - deyə o bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Türkiyə parlamenti ordusunun İraqdakı hərbi mövcudluğunu daha bir il müddətinə artırıb.

Teqlər

Şərhlər