-
Sionist əsgərlərinin Şimali Tulkərimə hücumu baş verib.
Yan 28, 2025 09:26Fələstin mediası sionist əsgərlərinin Qərb Sahilindəki Tulkərimin şimalında yerləşən Qafin qəsəbəsinə hücum etdiyini xəbər verib. Əl-Cəzirə: İşğalçıların buldozerləri Tulkərim şəhərinin mərkəzində yolları dağıdıb və sionist əsgərləri Qərb Sahilindəki şəhərlər və kəndlər arasında nəzarət-buraxılış məntəqələrini altı gündür ki, bağlamağa davam edirlər.
-
Əl-Əzhər: Biz Qəzzədən fələstinlilərin köçürülməsinə qarşıyıq.
Yan 28, 2025 09:20Əl-Əzhər bəyanatda deyib: "Biz vurğulayırıq ki, Qəzzə fələstinli-ərəb torpağıdır və bu belə də qalacaq. Qəsbkar işğalçılar və onların dəstəkçiləri qətl, viran və günahsız qanı tökməklə bu torpaqları oğurlamağa çalışırlar." "Biz fələstinlilərin öz torpaqlarından köçürülməsinə dair bütün proqramlar və cəhdlərə qarşı qəti etirazımızı ifadə edirik. Çünki bu, işğalçı rejimin onların torpaq və sahib olduqları digər şeyləri ələ keçirmək üçün onlara tanınan ədalətsiz bir cəhdir."
-
Fələstin Muxtar Təşkilatı Fələstinlilərə qarşı müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq etdi.
Yan 28, 2025 09:12Fələstin Muxtar Təşkilatının rəhbərliyi bildirib ki, sionist rejiminin rəsmiləri Qərb Sahilində gərginliyin artmasına görə məsuliyyət daşıyırlar.
-
Türkiyə Ticarət Naziri İranla qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsini vurğulayıb.
Yan 27, 2025 15:01Türkiyə Ticarət naziri İran İslam Respublikasının Yol və Şəhərsalma naziri ilə birgə mətbuat konfransında hər iki ölkə arasında əlaqələrin və əməkdaşlığın genişləndirilməsini vurğulayıb.
-
İki İsrail əsgəri İrana casusluqda ittiham edilərək həbs edilib.
Yan 27, 2025 14:52Sionist rejimin daxili kəşfiyyat, təhlükəsizlik təşkilatı və polisi birgə bəyanatında iki İsrail əsgərinin İrana casusluqda ittiham edilərək həbs edildiyini iddia ediblər.Bəyanata əsasən, bu iki ehtiyatda olan əsgər İranlılara Dəmir Qübbə sistemi ilə bağlı məxfi məlumatlar verməkdə ittiham olunurlar.
-
Urmiya gölü canlandı
Yan 27, 2025 14:42Qərbi Azərbaycan Su Bölgəsi Şirkətinin hesabatına görə, Urmiya gölündə su səviyyəsi 1270.13 metrə və həmçinin oradakı suyun həcmi 1.24 milyard kubmetrə çatıb ki, bu da su səviyyəsinin azalmasından illər sonra gölün sahəsinin 160 kvadrat kilometrə yaxşılaşmasını göstərir.
-
Səudiyyə Ərəbistanı: Fələstin dövləti olmadan İsraillə normallaşma olmayacaq.
Yan 27, 2025 12:56Səudiyyə Ərəbistanının İngiltərədəki səfiri: Səudiyyə Ərəbistanı, Fələstin məsələsi həll olunmadan, İsraillə əlaqələri normallaşdırmağa başlamayacaq və bunun həlli Fələstin dövlətinin yaradılmasıdır və bu məsələ tamamilə açıq və şəffafdır.Səudiyyə Ərəbistanı hər bir ölkə ilə əlaqə qurur və əlaqə irəliləyiş üçün inkişafı təmin edən bir yoldur, lakin Səudiyyə Ərəbistanının qırmızı xətləri vardır ki, 75 illik problem və onun gətirdiyi ağrılar sona çatsın və bu məsələ Fələstin dövlətinin yaradılm
-
Həmas: Xalqın Qəzzənın şimalına qayıtması düşmənin məğlubiyyətinin elanıdır
Yan 27, 2025 10:42İşğalçıların Netsarim yolundan geri çəkilməsindən və xalqın Qəzzanın şimalına qayıtmasından sonra Həmas elan edib: Xalqımızın qayıtması xalqın qələbəsi və sionist rejimin məğlubiyyəti və məcburi köçürmə planlarının uğursuzluğunun elanıdır. Evləri dağılsa da, icbari şəkildə tərk etdikləri ərazilərə qayıdan insanların kütləvi qayıdış səhnələri xalqımızın böyüklüyünün və onların öz torpaqlarında möhkəmliyinin göstəricisidir.
-
Ben-Qvir: Biz Həmasa tamamilə məğlub olduq
Yan 27, 2025 09:40Netanyahu kabinetinin istefada olan naziri, minlərlə Fələstinli qaçqının Netsarim yolundan keçərək Qəzzanın şimalına qayıtmasına reaksiya verərək deyib: Netsarim dəhlizinin açılması və on minlərlə insanın Qəzzanın şimalına qayıtması Həmasın açıq-aydın qələbəsi və bizim tam təslim olmağımızın göstəricisidir.
-
Fələstinli qaçqınlar evlərinə qayıdır.
Yan 27, 2025 09:23Sionist rejimi bir günlük atəşkəsi pozduqdan sonra, bu gün səhər saat 7-dən etibarən Qəzzanın şimalına qaçqınların qayıtmasına icazə verəcəyini elan edib.