Şimal qütbü buzlarının əriməsi sürətlə davam edir
Yeni araşdırmalar Şimal qütbü buzlarının əriməsinin sürətlə davam etməsindən xəbər verir.
Tədqiqatçılar deyirlər ki, son illərdə Şimal qütbündəki buzlu su qatlarının hüdudları və sahəsi son dərəcə azalıbdır və hətta ehtimal olunur ki, bu qütb məntəqəsində gəmiçilik marşrutu yaradılacaq və genişlənəcəkdir.
Şimal qütbündə Amerika Elmi Mərkəzi tərəfindən yayılmış informasiyalara görə, ötən əsrin 70-ci onilliyindən bəri Şimal Buzlu Okeanı öz həcminin azı əlli faizini itiribdir.
Tədqiqatçılar deyirlər ki, bu gedişat Şimal qütbündə yeni yolların açılması və xüsusən bu məntəqədə gəmiçilik marşrutları barədə nəzərəçarpacaq dəyişikliklərin yaranacağından xəbər verir.
İngiltərənin "Ridinq" universitetinin tədqiqatçılarından olan Ed Havkins deyir ki, qarşıdakı illərdə buzların əriməsilə ticarət gəmilərinin Şimal qütbündə hərəkəti mümkün olacaq və daha gəmilər qütbü fırlanmağa məcbur olmayacaqlar.