Avq 25, 2018 15:00 Asia/Baku
  • Rusiya ticarət mübadilələrində dolların kənara qoyulmasını vurğulayıb
    Rusiya ticarət mübadilələrində dolların kənara qoyulmasını vurğulayıb

Rusiyanın xarici işlər nazirinin müavini bu ölkənin ticarət mübadilələrində dolların kənara qoyulmasını vurğulayıb.

Riyanovostinin verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini deyib: Rusiya hazırkı şəraitdə Amerikanın sanksiyaları ilə üz-üzədir və dolları öz ödənişlərində kənara qoymalıdır. 

Sergey Ryabkov deyib: ABŞ dollarının və bu ölkənin maliyyə sisteminin dünya iqtisadiyyatındakı rolu məhdudlaşdırılmalıdır. 

Ryabkov deyib: Bu gün artıq söylənilənlərin həyata keçirilməsinin vaxtı gəlib çatıb və başqa yollar axtarmaqla Amerika dollarını ticarət mübadilələrində kənara qoymaq lazımdır. 

Rusiyalı rəsmi deyib: Moskva bunun üçün müvafiq tədbirlərə başlayıb və məqsədə nail olmaq üçün tədbirləri sürətləndirmək lazımdır. 

Amerikanın dollardan digər ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi dünya səviyyəsində müxalifətlərə səbəb olub və ekspertlərə görə ABŞ beynəlxalq səviyyədə gün-gündən təcrid olmaqdadır. 

Teqlər