Sen 01, 2018 09:58 Asia/Baku
  • Zərif: Qonşular bizim prioritetlərimizdirlər
    Zərif: Qonşular bizim prioritetlərimizdirlər

İranın xarici işlər naziri İslamabadda pakistanlı rəsmilərlə olmuş faydalı görüşlərinə işarə edərək, vurğulayıbdır ki, "Qonşular bizim prioritetlərimizdirlər".

Mohəmməd Cavad Zərif dünən bir twitt-də Pakistana olmuş ikigünlük səfərinə toxunub və belə yazıb: Pakistanda həmin ölkənin baş naziri, ordunun quru qoşunlarının komandanı, milli məclisin sədri, xarici işlər naziri və iqtisadiyyat və maliyyə naziri ilə faydalı görüşlərim oldu.

İranın xarici işlər naziri həmçinin Pakistana olan səkkizinci səfərinə və bir xarici ölkənin ilk xarici işlər naziri kimi Pakistanın yeni dövlətinin üzvləri ilə görüşünə toxunaraq, vurğulayıb ki, bu səfərdə ikitərəfli, regional və beynəlxalq əlaqələrin genişləndirilməsi vurğulandı.

İranın xarici işlər naziri Pakistana ikigünlük səfərdən və bu ölkənin yüksək vəzifəli rəsmiləri ilə görüşlərdən sonra dünən axşam İslamabaddan Tehrana geri dönübdür.

Zərif İslamabada səfərdə Pakistanın baş naziri İmran xan, ordunun quru qoşunlarının komandanı Qəmər Cavid Bacva, milli məclisin sədri Əsəd Qeysər və xarici işlər naziri Məxdum şah Məhmud Qureyşi ilə görüşlər keçirib.

Teqlər