Sen 24, 2018 21:59 Asia/Baku

Əhvaz terror hücumundan bir gün keçəndən sonra bu hücum barədə yeni məlumatlar yayılıb.

Verilişin müddəti : 00:01:22

Tarix : 2018/09/24

-------------------------------------------------------------------------

Səudiyyə və ABŞ tərəfindən dəstək alan İŞİD terror qrupu dünən bir video faylı yayaraq, bildirib ki, bu qrupun üç ünsürü Əhvaz terror hücumunda rol oynayıbdır.

Bundan öncə Ələhvaziyyə terror qruplaşması İranın silahlı qüvvələrinin paradı zamanı Əhvaz əhalisinə qarşı hücumun məsuliyyətini üzərinə götürübdür.

İŞİD terror qrupu tərəfindən yayılan video faylı Əhvaz cinayətinin bu iki terror qruplaşmasının birgə hərəkəti olduğunu göstərir. Hər iki terror dəstəsi Ərəbistana bağlıdır.

İran İslam Respublikasının nazirlər kabineti dünən gecə bir bəyanat yayaraq, Əhvazda əhaliyə və əhalinin təhlükəsizliyinin müdafiəçilərinə qarşı terror hücumunu pisləyib və belə qeyd edib: İran bu terror cinayətinin amillərinə möhkəm cavab verəcək və bütün dövlətlərdən, xüsusən də qonşulardan istəyir ki, qətiyyətli addımlarla Əhvaz cinayətində rol oynamış və ya ona dəstək vermiş terror qrupları ilə ciddi rəftar etsinlər.

Şənbə günü səhər tezdən Əhvazda İran İslam Respublikası silahlı qüvvələrinin paradı kənarında bir parkdan edilən terror hücumunda terrorçular tamaşaçı əhaliyə atəş açıblar. Nəticədə 25 nəfər şəhid olub, 60-dan çox insan da yaralanıbdır.

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər