Dek 25, 2018 22:04 Asia/Baku
  • Zərif: Tehran-Bakı əlaqələri əla səviyyədədir

İran İslam Respublikasının xarici işlər naziri deyib: İran və Azərbaycan əlaqələri ən yüksək səviyyədədir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı Tehranda Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov ilə görüşdə iki ölkə arasındakı əlaqələrin, siyasi rəhbərlərin iradəsi sayəsində, ən ali səviyyədə olduğunu bildirib və deyib: İki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrinin cari ildə 40%-lik artımın şahidi olmasına baxmayaraq, bu əlaqələr hələ də siyasi əlaqələr ilə uyğunluq təşkil etmir.

İranın xarici işlər naziri daha sonra deyib: birgə layihələrin icra edilməsi və İran və Azərbaycan arasındakı tranzit layihələrinin potensiallarından istifadə ilə iki ölkənin ticarət və iqtisadiyyat sahəsindəki əlaqələri də inkişaf edəcək.

Azərbaycan Milli Məclisinin spikeri də Tehran-Bakı əlaqələrini tarixi və mədəni ortaqlıqlara görə son dərəcə böyük önəm kəsb edən əlaqələr adlandırıb və şimal-cənub nəqliyyat marşrutunun əhəmiyyətinə işarə edərək, deyib: bu layihənin icrası iki ölkə üçün böyük faydalara malik olacaq.

Teqlər