Fev 10, 2019 00:15 Asia/Baku

Etirazçılarla üç ay qarşıdurma bəlkə də “Napoleonsayağı insan haqları” kimi yad edilən fransız insan haqları üçün yaxşı bir sınaq olmuş olsun.

Verilişin müddəti : 00:02:53

Tarix : 2019/02/09

-------------------------------------------------------------------------

Təkgözlülər, təkəllilər və təkayaqlıların sayı... həftədən həftəyə Fransada artmaqdadır. Dünən etirazçılardan birinin əli, düz, Fransa parlamentinin önündə xüsusi təyinatlı qüvvələr tərəfindən qumbaranın atılması nəticəsində kəsildi. Ötən həftə etirazçı gənclərdən birinin ayağı kəsildi. Ondan qabaqkı həftə də etirazçı liderlərdən birinin gözü flaş-ball adlı iriçaplı tapançadan açılan güllə nəticəsində kor oldu.

Kişi: Bizim tələblərimiz dəyişməyib. Biz kapitalizm quruluşunun yığışdırılmasını tələb edirik. Amma Fransa polisinin vəhşilikləri bütün bu tələbləri kənara itələyib və indi bizim etirazımız, Fransada vətəndaş hüquqları və ilkin insan haqlarının olmamasına etirazdır.

Deyirlər ki, Fransa insan haqlarının beşiyidir, yəni insan haqları hər şeydən üstündür. Amma indi iş o yerə gəlib çatıbdır ki, Maryanın da səsi çıxıbdır.

Maryan: Mən Fransada respublika simvoluyam. Mən heç bir vəchlə Fransa polisinin zorakılığını təsdiq etmirəm. Çox dəhşətlidir. Polis daim zorakılıqla camaata hücum edir. Bu rəftarlar kobuddur.

Prezident Makrona tərəfdar partiyanın əksəriyyət təşkil etdiyi Fransa parlamenti “etirazçılarla qarşıdurmanın artırılması” kimi yeni qanunla əslində etirazçı xalqın hiddətinin artmasına zəmin yaradıbdır.

Kişi: Makrona deyirəm ki, mən ölüm kralıyam və səni axtarıram. Mən Makronun kənarlaşdırılması ilə tamamilə razıyam. O, lüks demokratiya kostyumu geymiş bir diktatordur.

Xalqın Makron hökumətinə qarşı etirazlarından 85 gün keçir. Bu günlər etirazçılar onun kənarlaşdırılmasından əlavə, parlamentin buraxılmasından da danışırlar.

Kişi: Bu, Makronun şəkli və onun Aleksandr Benalanın rüsvayçılığı barədəki cümləsidir. Məncə, Makron istefa verməli və ya bu şərait üçün həll yolu tapılmalıdır.

Fransa hökumətinin kapitalizm quruluşuna qarşı çıxan etirazçılarla döyüşü indi həssas bir mərhələyə çatıbdır. Günbəgün etirazçılar cəbhəsinin tələfatı artır. Bununla belə, xalq tərəzisinin gözü 77 faizlik dəstəklə etirazçıların xeyrinə olımaqda davam edir.

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər