Xəzəryanı ölkələr bu dənizdə başlanğıc xəttin təyini üçün səy göstərirlər
https://azeri.sahartv.ir/news/Özəl-i335169-xəzəryanı_ölkələr_bu_dənizdə_başlanğıc_xəttin_təyini_üçün_səy_göstərirlər
İranın Xəzər dənizi danışıqlarındakı nümayəndəsi bu dənizdə başlanğıc xəttin təyini və onun dəqiq surətdə müəyyən edilməsini Xəzər konvensiyasının təkmili məqsədilə Bakıda keçirilən iclasın mövzularından adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 19, 2019 18:48 Asia/Baku

İranın Xəzər dənizi danışıqlarındakı nümayəndəsi bu dənizdə başlanğıc xəttin təyini və onun dəqiq surətdə müəyyən edilməsini Xəzər konvensiyasının təkmili məqsədilə Bakıda keçirilən iclasın mövzularından adlandırıb.

İranlı heyətin başçısı Reza Nəzərahari Bakıda keçirilən xəzəryanı ölkələrin ali işçi qrupunun ilk iclasında əlavə edib: Qazaxıstanın Aktau şəhərində keçirilən xəzəryanı ölkələrin sammitində imzalanmış konvensiyanın bəndlərindən biri budur ki, konvensiyanın imzalanmasından sonra xəzəryanı ölkələr sahil ölkələrinin su səviyyəsindəki başlanğıc xətti barədə razılığa gəlmiş olsunlar.

Xəzəryanı ölkələrin ali işçi qrupunun ilk iclası beş sahilyanı ölkənin nümayəndələrinin iştirakı ilə bu gün Bakıda işə başlayıb.