Apr 06, 2019 08:43 Asia/Baku
  • İran - Rusiya media əlaqələri

İran İslam Respublikasının Radio və Televiziya təşkilatının sərhədaşırı yayım üzrə sədr müavini Moskvada: İran - Rusiya media əlaqələrinin genişləndirilməsi Qərbin media hegemoniyasının sonlandırılması istiqamətində təsirli addım olacaq.

İranın Teleradio Təşkilatının sədr müavini "Raşa Tudey" telekanalının müdiri ilə görüşdə dedi: İran - Rusiya media əlaqələrinin genişləndirilməsi Qərbin media hegemoniyasının sonlandırılmasında təsirli addım olacaq. 

İki ölkənin media əməkdaşlıqlarının yüksək səviyyədə olduğuna işarə edən Peyman Cebelli dedi: Hal hazırda "Raşa Tudey"  İranın "Press TV" kanalı və digər sərhədaşırı kanalları ilə genişəməkdaşlığa malikdir və bu əməkdaşlıqların təcrübə mübadiləsi, təlim və texniki təchizatların təmin edilməsi sahəsində də eyni inkişafa malik olacağına ümidvarıq. 

İranın Teleradio Təşkilatının sədr müavini OFCOM kimi mediə fəaliyyətlərinə nəzarət üzrə beynəlxalq qrumların ikili rəftarını tənqid edərək, dedi: Təəssüflər olsun ki, onların ikili və qərəzli rəftarları "Press TV" və "İran İnternational" telekanallarının işində özünü tam qabarıq formada nümayiş etdirdi. 

Peyman Cebelli İranın sərhədaşırı kanallarının Tvitter və Facebook hesablarının bağlanılmasına işarə edərək, dedi: Rusiya medialarına qarşı da oxşar addımların atılmasını nəzərə alaraq, Tehran və Moskva bu kimi rəftarlara qarşı media və hüquq müstəvisində birgə mübarizə apara bilərlər. 

Raşa Tudey-indirektoru Aleksey Nikolov da bu görüşdə ABŞ və Avropanın söz və media azadlığına ikili yanaşmasını tənqid edərək, dedi: Qərb dövlətləri söz və media azadlıqlarına dair çoxlu şüarlar verirlər. Amma, təəssüflər olsun ki, əməldə var gücləri ilə müxaliflərinin səslərini boğmağa, onları susdurmağa çalışırlar. 

O, ABŞ və Avropanın Raşa Tudey-in səsini boğmaq üçün gördükləri tədbirlərə işarə edərək, dedi: Bu telekanalın sosial şəbəkələrdəki səhifələrinin bağlanılması, jurnalistlərinə təzyiqlərin göstərilməsi, işçiləri və reportyorlarına məhdudiyyətlərin yaradılması, onlara qarşı onlarla əsassız məhkəmə işinin qaldırılması Qərbin Raşa Tudeyi susdurmaq istiqamətində gördüyü işlərin yalnız bir hissəsidir. 

İranın Teleradio Təşkilatının sərhədaşırı yayım üzrə sədr müavini həmçinin, Raşa Tudey-in Ərəb, İngilis və İspan dillərində fəaliyyət göstərən bölmələrinə baxış keçirib, texniki bölmələri və xəbər otağıilə  yaxından tanış olub. 

Teqlər