May 05, 2019 07:08 Asia/Baku
  • 57-ci

Fələstinin Səhiyyə Nazirliyi cümə günü axşam "Qayıdış Haqqı" yürüşlərinin 57-ci cüməsində 50 fələstinlinin yaralandığını bildirdi.

Əl-Aləm kanalının bildirdiyinə görə, "Qayıdış Haqqı" yürüşü 57-ci cüməsində "Cövlan Ərəb - Suriya torpağıdır" şüarı altında keçirildi. 

İsrailhərbçiləri fələstinli aksiya iştirakçılarına qarşı döyüş güllələri ilə yanaşı gözyaşardıcı qazlardan da istifadə ediblər. 

İsrail qırıcıları da cümə günü axşam Qəzzə zolağının mərkəzində yerləşən Məğazi düşərgəsinin şərqində Fələstin müqavimətinin mövqeyini hədəfə alıblar. Bu hücumda iki fələstinli şəhid olub. 

Sionistlərin hücumlarına cavab olaraq Fələstinin müqavimət qruplarının snayperləri iki İsrail hərbçisini Qəzzə zolağı ilə sərhəd məntəqədə hədəfə alaraq, yaralayıblar. 

"Qayıdış Haqqı" yürüşləri 30 mart 2018-ci il tarixində "Torpaq Günü" ilə bir vaxtda başlanıb və indiyə kimi davam edir. 

Teqlər