Ruhani: İran hökuməti təyyarə qəzası hadisəsində bütün vəzifələrini yerinə yetirəcək
İran İslam Respublikası prezidenti Ukrayna təyyarəsinin Tehranın ətrafında süqut etməsi nəticəsində həlak olanların ailələrinin kədərini bölüşərək deyib: İran hökuməti özünün bütün hüquqi və qanuni vəzifələrini yerinə yetirəcək.
Həsən Ruhani bu gün bir çıxışda son günlər baş verən bütün hadisələrin Amerikanın regiondakı təxribatçı hərəkətlərindən mənşə aldığını bildirərək deyib: İran hökuməti özünü bu hadisədə həlak olanlar xüsusiylə digər ölkələrin vətəndaşları qarşısında məsuliyyət daşıyır.
Ruhani bu hadisənin bütün cəhətlərinin araşdırılmaqda olduğunu bildirərək deyib: Araşdırmaların nəticələri xalqa təqdim olunacaq.
Yanvarın 8-də Ukrayna hava yollarına aid bir ədəd sərnişin təyyarəsi Tehranda İmam Xomeyni(r.ə) hava limanı yaxınlığında süqut edərək onun bütün 176 sərnişini həlak oldu.
İİR Silahlı Qüvvələri Baş Qərargahı bir bəyanatda Amerika prezidenti və bu ölkənin hərbi komandanlarının İranda müxtəlif yerləri hədəfə alacaqlarına dair təhdidləri və Amerikanın terrorçu hərbi təyyarələrinin uçuşlarının artmasına toxunaraq bildirdi ki, təyyarənin fırlanması və həssas bir hərbi mərkəzə yaxınlaşması, qəsdən olmayan insan səhvi nəticəsində onun hədəfə alınması və süqutuna səbəb olub.