İçərişəhərdə partlayış olub, 7 nəfər xəsarət alıb
https://azeri.sahartv.ir/news/Özəl-i357370-İçərişəhərdə_partlayış_olub_7_nəfər_xəsarət_alıb
Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə partlayış olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2020 17:10 Asia/Baku
  • İçərişəhərdə partlayış olub, 7 nəfər xəsarət alıb
    İçərişəhərdə partlayış olub, 7 nəfər xəsarət alıb

Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə partlayış olub.

Partlayış nəticəsində 7 nəfər yanıq xəsarətləri alıb.

Hadisə İlyas Əfəndiyev küçəsi, 10 ünvanında qeydə alınıb.

İlkin ehtimala görə, hadisənin qaz sızması nəticəsində baş verdiyi bildirilir.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib ki, partlayışda xəsarət alan üç nəfər təcili yardım maşınının həkimlərinə təhvil verilib.