Fev 23, 2020 13:52 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri İran xalqına təşəkkür ediblər
    İslam İnqilabının Böyük Rəhbəri İran xalqına təşəkkür ediblər

İslam İnqilabının Böyük Rəhbəri İran xalqının böyük seçkilər imtahanında qənaətbəxş şəkildə parlmasına və düşmənlərin hərtərəfli təbliğatları və fürsəttələbliklərini nakam qoymasına görə təşəkkür ediblər. Vurğulayıblar ki, düşmənin ölkənin müxtəlif orqanlarına zərbə vurmaq üzrə fitnəsi qarşısında hamı müdafiə üçün ayıq və hazır olmalıdır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər xarici fiqh dərsinin əvvəlində əcnəbi təbliğat aparatlarının xalqın seçkilərdəki iştirakına qarşı iri həcmli və mənfi atmosfer yaratmalarına işarə ediblər.

O həzrət belə qeyd ediblər: Bu mənfi təbliğat bir neçə ay bundan öncə başlanıb və seçkilərin yaxınlaşması ilə artıbdır və son iki gündə də bir xəstəlik və virus bəhanəsilə onların mediaları xalqı seçkilərdə iştirak fikrindən daşındırmaq üçün minimum fürsətə belə göz yummadılar.

İslam İnqilabının Böyük Rəhbəri Allah-Taalaya şükr edib, qərəzli təbliğatlara rəğmən, xalqın seçkilərdəki geniş iştirakına görə, öz dərin minnətdarlıqlarını bildirərək, deyiblər ki, Allah-Taala bu xalqı qalib etməyə iradə edibdir.

O həzrət düşmənlərin İran xalqı ilə düşmənçiliklərinin xalqın dini və inqilabi inancları, mədəniyyət və iqtisadiyyat meydanları ilə məhdudlaşmadığını bildirərək, deyiblər: Onlar hətta İran xalqının seçkiləri ilə də müxalifdirlər. Zira onlar xalqın inqilabın xidmətində və din adına seçkilərdə iştirakı fenomeninin bir gerçəklik kimi təsbit olunmasını istəmirlər.

Həzrət Ayətullahuluzma Xamenei islami quruluşda seçkilərin keçirilməsini düşmənlərin dinin azadlıq və demokratiya ilə müxalif olmasına dair iddiasını pozan amil adlandırıb və belə söyləyiblər: İran İslam Respublikasında seçkilər göstərir ki, din, hərtərəfli bir demokratiyanın mükəmməl bir simvoludur və 41 il ərzində 37 seçkinin keçirilməsi islami quruluşun demokratiyaya bənzərsiz ciddi-cəhdini göstərir.

İslam İnqilabının Böyük Rəhbəri hamını düşməni tanımağa və onun qarşısında sayıq olmağa çağıraraq, vurğulayıblar: Düşmən cəbhəsindən İranın müxtəlif məsələlərinə qarşı minlərlə nəfərin fəaliyyəti qarşısında İran xalqının cəbhəsində milyonlarla nəfər, xalq üçün mümkün olan müxtəlif işlər, təbliğat məsələlərində qarşılıqlı hücum, zərbə və müdafiəyə hazır olmalıdır.

 

Teqlər