ABŞ-ın İranın peyk atışı barədəki iddiası qeyri-düzgündür
https://azeri.sahartv.ir/news/Özəl-i361089-abŞ_ın_İranın_peyk_atışı_barədəki_iddiası_qeyri_düzgündür
Rusiya Amerikanın kosmosa peyk atışı barədə İrana qarşı ittihamlarına reaksiyada vurğulayıb ki, BMT qətnamələrini pozan, məhz Amerikadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2020 17:02 Asia/Baku
  • ABŞ-ın İranın peyk atışı barədəki iddiası qeyri-düzgündür

Rusiya Amerikanın kosmosa peyk atışı barədə İrana qarşı ittihamlarına reaksiyada vurğulayıb ki, BMT qətnamələrini pozan, məhz Amerikadır.

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov bazar günü Amerikanın kosmosa hərbi peyk göndərməsi ilə bağlı İrana qarşı mövqeyinə cavab verib və Amerikanı ikili standartlarda və ikiüzlülükdə ittiham edib.

Mixail Ulyanov sonra deyib: Amerika hökuməti iddia edir ki, İranın kosmosa hərbi peyk göndərməsi BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozur, lakin bu, qeyri-düzgün bir təbirdir.

«Nur» peyki İran İslam Respublikasının ilk hərbi peyki kimi ötən çərşənbə günü üçetaplı «Qased» peykdaşıyıcı vasitəsilə uğurla kosmosa buraxılaraq, yerin 425 kilometrlik orbitində yerləşdi.

ABŞ-IN İRANIN PEYK ATIŞI HAQDAKI İDDİASI QEYRİ-DÜZGÜNDÜR