İyul 02, 2020 17:15 Asia/Baku
  • «Vinsens»in sabiq komandanından həqiqətləri etiraf etməsi istənilib

Terrorzim qurbanlarını müdafiə cəmiyyəti bir məktubda amerikan «Vinsens» hərbi gəmisinin komandanından istəyibdir ki, həqiqətləri etiraf edərək, İranın Airbus sərnişin təyyarəsinə qarşı raket hücumu kimi terror cinayəti qurbanlarının ədalətə nail olmalarına imkan yaratsın.

SaharAzeri xəbər verir, Bu gün amerikan «Vinsens» hərbi gəmisinin İranın cənubunda yerləşən Bəndər-Abbas şəhərindən Dubaya uçan İranın Airbus sərnişin təyyarəsinə qarşı raket hücumunun ildönümü günüdür.

Amerikan «Vinsens» hərbi gəmisinin 1988-ci il iyulun 3-ə təsadüf edən 1367-ci günəş ili tir ayının 12-də İranın sərnişin təyyarəsinə qarşı iki raket atması nəticəsində təyyarənin bütün 290 sərnişini, o sıradan 66 uşaq və 53 qadın şəhid oldu.

Terrorzim qurbanlarını müdafiə cəmiyyəti dünən Fars Körfəzində İranın sərnişin təyyarəsinə qarşı raket hücumunun ildönümü günü ərəfəsində «Vinsens» hərbi gəmisinin sabiq komandanı Uilyam Rocersə məktubda belə qeyd edib: Amerikanın ağılsız rəsmiləri tərəfindən fəxri orden ilə təltifolunma şousu bir yana qalsın, sizin adınız rəzillik nümunələri kimi tarixdəki digər cinayətkarların adlarının kənarında qalacaqdır ki, pozğunluq və əxlaq tənəzzülü, həmçinin şər işlər simvolu kimi bəşəriyyət üçün bir ibrət dərsi olmuş olsun.

Terrorzim qurbanlarını müdafiə cəmiyyəti bu məktubda vurğulayıb: Cinayətin «Vinsens» hərbi gəmisinin sabiq komandanına fəxri ordenin verilməsilə əsaslandırılması bu cinayətin törədilməsi üçün öncədən planlaşdırılmanın aparılmasına aşkar bir dəlildir və digər faktlar da onu təsdiq edir.

Məktubda daha sonra deyilir: Vicdan, pozğunları cinayəti törədəndən sonra məzəmmət edəcək insanın içindəki yeganə hakimdir və ölüm anınadək bu məhkəmədən qaçmaq üçün heç bir yol yoxdur; Qərbi Asiya bölgəsindən geri dönən minlərlə amerikalı hərbçinin intihar etməsi buna bir sübutdur.

Teqlər

Şərhlər