Apr 08, 2021 02:04 Asia/Baku
  • Azərbaycan Respublikası, Ermənistandan minalı ərazilərin xəritəsini istədi

Azərbaycan Respublikası, Ermənistandan Qarabağ müharibəsinin getdiyi vaxtda minalanmış ərazilərin xəritəsini verməsini istədi.

SəhərAzərinin Qafqaz həqiqətləri internet saytınından nəql etdiyi xəbərə görə Azərbaycan Respublikası prezidentinin  köməkçisi Hikmət Hacıyev, döyüşdən geri qalan minaların xalqın can təhlükəsizliyinə təhdid törətdiyini  və Ermənistanın xalqın canının qorunması üçün qeydsiz şərtsiz minalı ərazilərin xəritəsini Azərbaycan Respublikasına təslim etməsinin lazım olduğunu vurğuladı.

Azərbaycan Respublikası səlahiyyətliləri daha əvvəl 44 günlük Qarabağ döyüşü ardından təxminən 50 vətəndaşın minaların partlaması nəticəsində həyatını itirdiyini və ya yaralandığını bildirmişdi.

 

Teqlər