İyun 12, 2023 17:44 Asia/Baku

Bioloji terror qorxusundan Azərbaycan hakimiyyətinin sionist rejim prezidentinə verdiyi hədiyyələri məhv edilib.

İsrail prezidenti İshaq Hersoqun Bakıya sonuncu səfəri zamanı ona hədiyyə edilmiş onlarla bağlama meyvə və kənd təsərrüfatı məhsulu məhv edilib.

Tasnim xəbər agentliyinin İsrail mənbələrinə istinadən yaydığı məlumata görə, İsrail rejiminin Kənd Təsərrüfatı alınan hədiyyələrin məhv edildiyini təsdiqləyib.

Bakı bu meyvələri Hersoqun Azərbaycana 2 günlük səfəri başa çatdıqdan sonra sionist rejimin başçısına hədiyyə etmişdi.

Hədiyyələr arasında alma, xiyar, şaftalı, limon, gavalı və digər kənd təsərrüfatı məhsulları kimi Azərbaycanda istehsal olunan ən yaxşı meyvələrdən ibarət onlarla bağlama olub. Bununla belə, İsrailin Kənd Təsərrüfatı Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Sionist rejimin Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatının təftiş şöbəsi işğal olunmuş ərazilərə daxil olduqdan sonra qeyd olunan məhsulların hamısının məhv edilməsi barədə birgə tədbir görüblər.

Sionist hakimiyyət orqanları bu hərəkətə haqq qazandıraraq, İlham Əliyevin bağışladığı meyvələrin məhv edilməsini bu rejimin Kənd Təsərrüfatı Nazirliyinin göstərişlərinə uyğun hərəkət adlandırıblar. Bununla belə, bəzi KİV-lər Azərbaycan prezidentinin hədiyyələrinin məhv edilməsinin Şin-Betin təhlükəsizlik göstərişi əsasında, İsrail prezidentinə qarşı bioloji sui-qəsdin qarşısını almaq məqsədi ilə edildiyini bildirirlər.

Bəzi iddialara görə, İsrail prezidenti və onun xanımına Bakıda səfərdə olarkən bir çox hədiyyələr, o cümlədən bahalı xalçalar, əl işləri və bəzi suvenirlər də hədiyyə olunub.

 

Teqlər