Nəyə görə qeyri-döyüş şəraitində bu qədər əsgər, hərbçi itiririk?
https://azeri.sahartv.ir/news/Özəl-i402264-nəyə_görə_qeyri_döyüş_şəraitində_bu_qədər_əsgər_hərbçi_itiririk
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri qeyri-döyüş şəraitində hərbçilər arasında ölüm hallarının artmasından şikayətlənib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2023 13:11 Asia/Baku

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri qeyri-döyüş şəraitində hərbçilər arasında ölüm hallarının artmasından şikayətlənib.

Əli Kərimli bununla bağlı öz feysbuk paylaşımında yazır: “Əsgər ölümləri yenidən ümummilli problemə çevrilib. İyulun 30-da daha bir hərbçimiz - Dövlət Sərhəd Xidmətinin əsgəri Səid Qurbanov qeyri-döyüş şəraitində həlak olub. Demək olar ki, hər həftə bu qəbildən acı xəbərlər alırıq:

N saylı hərbi hissənin əsgəri odlu silahdan atəş açmaqla özünü öldürüb...

Hərbçilərin olduğu avtomobil qəzaya uğradı, hərbçimiz həlak oldu...

DSX-da hərbi xidmət keçən əsgər intihar etdi...

Odlu silahdan açılan atəşlə əsgər öldürülüb, ölümün səbəbləri araşdırılır...

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun hesablamasına görə, 2023 -cü ilin 7 ayında ən azı 45 nəfər hərbçi həyatını itirib”.

Partiya sədri qeyd edib ki, valideynlərin uşaq pulu almadan, min bir əziyyətlə böyüdüb, orduya göndərdiyi bu gənclər nəyə görə orduda intihara sürüklənir? Bu qədər çox hərbçinin necə, kimlər tərəfindən, hansı şəraitdə özünü öldürmə həddinə çatdırıldığı İlham Əliyevi nəyə görə narahat etmir?