Tehran-Bakı münasibətləri düzgün istiqamətdə irəliləyir
İran Xarici İşlər Naziri bu gün (5 dekabr) Moskva görüşündən sonra jurnalistlərə iclasla bağlı açıqlama verib.
Əmir Abdullahian Azərbaycanla İran arasındakı əlaqələr haqda ünvanlanan sualın cavabında deyib ki, hər iki ölkənin möhtərəm prezidentlərinin bu yaxınlarda keçirilən görüşündə qarşılıqlı münasibətlərin hərtərəfli inkişafı üçün çox yaxşı razılaşma əldə olundu.
Bu əməkdaşlıqlar iqtisadiyyat sektorunda, dəhlizlərin açılmasında, kommersiya əməkdaşlığında, iki ölkə arasında yarımçıq qalmış layihələr haqda da yaxşı razılaşmalar əldə olundu.
O daha sonra deyib ki, ötən ildən başlayaraq layihələrin başa çatdırılması üçün icraedici əməliyyatlara başlanılıb və iki ölkə prezidentləri də bunun tez bir zamanda həyata keçirilməsini istəyiblər. Bu baxımdan iki ölkə arasında münasibətlər düzgün istiqamətdə irəlilədiyini deyə bilərik.