İslam dünyası Qəzzə və Fələstin üçün əzadardır
İranın islami mədəniyyət və irşad naziri İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin informasiya nazirlərinin Qəzzəyə həsr olunmuş növbədənkənar iclasında deyib ki, İslam dünyası Qəzzə və Fələstin üçün əzadardır.
İranın islami mədəniyyət və irşad naziri Türkiyənin bir telekanalı ilə eksklüziv müsahibədə deyib: İran İslam Respublikası dost və qardaş Türkiyənin təşəbbüsünə görə təşəkkür edir. Qəzzədə təəssüfləndirici səhnələrin şahidiyik. Hər bir islami dövlət, hər bir müsəlman şəxs üçün öz imkanı daxilində bu məzlumlara yardım etmək sahəsində səy göstərməsi, bir borcdur.
O, əlavə edib: Ümid edirik ki, bu iclas öz məqsədlərinə çatacaq. İran İslam Respublikasının siyasəti, təcili atəşkəsdir. Müharibənin genişlənməsindən və əslində, günahsız insanların qırğın edilmələrindən nigaranıq. Biz məzlumların özlərini müdafiə etmələrini Qəzzə, Livan, Suriya və Yəməndəki müsəlman xalqların qəti haqqı bilirik. İnşallah, bu beynəlxalq təzyiqlər müharibənin daha genişlənməyəcəyinə səbəb olacaq.
Bu xahişi dəfələrlə etmişik ki, islami ölkələr cinayətkar sionist rejimlə iqtisadi və siyasi əlaqələrini kəssinlər- deyə, iranlı nazir bildirib.
İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin informasiya nazirlərinin Qəzzəyə həsr olunmuş növbədənkənar iclası əlli yeddi ölkənin nümayəndələrinin iştirakı ilə dünən axşam İstanbulda işə başlayıb.
İclas, əlli yeddi ölkədən ibarət İslam Əməkdaşlığı Təşkilatı tərəfindən keçirilir. İclasda müxtəlif ölkələrdən gəlmiş iyirmi dörd ölkənin naziri də iştirak edir. Onlar Qəzzənin durumunu araşdıracaqlar.
İranın islami mədəniyyət və irşad naziri sözügedən iclasın kənarında Türkiyə prezident administrasiyasının informasiya bölməsinin sədri Fəxrəddin Altunla görüşüb.
Məhəmməd-Mehdi İsmaili bu görüşdə deyib: Sizinlə görüşdən əlavə, son iki-üç ayda iki ölkə prezidentlərinin keçirdikləri görüşlərdə/ iki ölkə arasında yaxşı müqavilələr bağlanıb.
Yüz otuz məzlum jurnalistin şəhadəti, sionistlərin informasiyanın sərbəst cərəyan etməsilə düşmənçiliklərini göstərir- deyən İranın islami mədəniyyət və irşad naziri söyləyib: İnşaallah, bu iclas islami ölkələr, xüsusən sionist rejimlə mübarizə və müqavimət cəbhəsinin ölkələri arasında sinerjini artıra biləcək.
O, əlavə edib: Bu anlaşmanın icrası üzrə əməliyyat proqramının təqdim edilməsilə iki ölkənin media sferası bir-birinə yaxınlaşacaq və bu fürsətdən əlaqələrin dərinləşdirilməsi, həmçinin iki ölkənin ortaq və islami hədəflərinin təqibi üçün istifadə edəcəyik.