Türkiyə ictimaiyyəti cinayətkar rejimə neft tədarükünün əleyhinədir
SOCAR neft şirkətinin İstanbuldakı ofisi qarşısında etiraz aksiyası keçirilib
İyun 01, 2024 14:09 Asia/Baku
Azərbaycanın Türkiyə ərazisi ilə İsrailə neft nəql edən SOCAR şirkətinin İstanbuldakı ofisi etirazçıların hücumuna məruz qalıb.
Cumhuriyet qəzetinin yazdığına görə “Fələstin üçün min gənc” adlı qrup neft şirkəti ofisinin divarlarına qırmızı boya atıb.
Hadisə yerində çəkilən videolarda bir qrup şəxsin ofisin giriş qapılarını sındırmağa çalışdığı görünür. Daha sonra yayılan fotolarda binanın girişinin polis tərəfindən mühafizə olunduğu əks etdirilib.
Qəzetin yazdığına görə fəallar “soyqırımçı İsrailə neft verən SOCAR önündə “Bu qanlı ticarətə imkan verməyəcəyik” kimi şüarlar səsləndiriblər.