Dol­lar ba­ha­laş­dıq­ca qı­zıl ucuz­la­şır
https://azeri.sahartv.ir/news/İqtisadiyyat-i247961-dol_lar_ba_ha_laş_dıq_ca_qı_zıl_ucuz_la_şır
Dün­ya ba­zar­la­rın­da qiy­mət­lər­lə bağ­lı son və­ziy­yət gös­tə­rir ki, əsas yı­ğım va­si­tə­lə­rin­dən olan qı­zıl ye­ni­dən ucuz­la­şır. Ekspertlər bil­di­rir ki, ha­zır­da qı­zı­lın ucuz­laş­ma­sı­na tə­sir edən baş­lı­ca fak­tor dol­la­rın mə­zən­nə­sin­də qey­də alı­nan ar­tım­lar­dır. Qı­zıl dol­la­rın mə­zən­nə­sin­də olan ar­tım­la­rın tə­si­ri ilə ar­dı­cıl üç həf­tə­dir ucuz­la­şır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2016 13:32 Asia/Baku
  • Dol­lar ba­ha­laş­dıq­ca qı­zıl ucuz­la­şır
    Dol­lar ba­ha­laş­dıq­ca qı­zıl ucuz­la­şır

Dün­ya ba­zar­la­rın­da qiy­mət­lər­lə bağ­lı son və­ziy­yət gös­tə­rir ki, əsas yı­ğım va­si­tə­lə­rin­dən olan qı­zıl ye­ni­dən ucuz­la­şır. Ekspertlər bil­di­rir ki, ha­zır­da qı­zı­lın ucuz­laş­ma­sı­na tə­sir edən baş­lı­ca fak­tor dol­la­rın mə­zən­nə­sin­də qey­də alı­nan ar­tım­lar­dır. Qı­zıl dol­la­rın mə­zən­nə­sin­də olan ar­tım­la­rın tə­si­ri ilə ar­dı­cıl üç həf­tə­dir ucuz­la­şır.

ABŞ Fe­de­ral Eh­ti­yat­lar Sis­te­mi­nin gə­lən ay fa­iz­lə­ri ar­tı­ra­ca­ğı­na da­ir  göz­lən­ti­lər və 2017-də fa­iz ar­tı­rım­la­rı­nın da­vam edə­cə­yi proq­no­zu ilə dol­la­rın da­ha da ba­ha­laş­ma­sı qı­zı­lı get-ge­də də­yər­dən sa­lır. Bu­nun nə­ti­cə­sin­də də qiy­mət­li me­tal son doq­quz ayın ən aşa­ğı qiy­mət sə­viy­yə­si­nə enib. Qiy­mət­lər tək­cə bu ay 8 fa­iz dü­şüb. Ha­zır­da qı­zı­lın un­si­ya­sı 1171 dol­la­ra enib. 

Qı­zı­lı ucuz­laş­dı­ran da­ha bir sə­bəb mər­kə­zi bankla­rın bu məh­su­lun alı­şı­nı da­yan­dır­ma­sı­dır. Ümum­dün­ya Qı­zıl Şu­ra­sı­nın son ic­ma­lın­da de­yi­lir ki, növ­bə­ti 3 il ər­zin­də dün­ya­nın mər­kə­zi bankla­rı­nın cə­mi 56%-i qı­zıl eh­ti­ya­tı­nı ar­tır­ma­ğı plan­laş­dı­rır. İc­ma­la əsa­sən, hə­min dövrdə tən­zim­lə­yi­ci­lə­rin 33%-i qı­zıl eh­ti­yat­la­rı­nı in­di­ki sə­viy­yə­də sax­la­ma­ğı, 11%-i isə azaltma­ğı plan­laş­dı­rır. Şu­ra­nın ana­li­tik­lə­ri qeyd edir ki, ca­ri ilin üçün­cü rü­bün­də mər­kə­zi banklar ümu­mi­lik­də 81,7 ton qı­zıl alıb ki, bu da ötən ilin ana­lo­ji döv­rü ilə mü­qa­yi­sə­də 51% az­dır. Ən ak­tiv qı­zıl alı­cı­la­rı Ru­si­ya Ban­kı (43,9 ton), Çin (15,2 ton) və Qa­za­xıs­tan­dır (10 ton). Hə­lə­lik isə di­gər mər­kə­zi bankla­rın da­ha az qı­zıl al­ma­sı onun qiy­mə­ti­nin en­mə­si­nə tə­sir­siz ötüş­mür. Yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi, ucuz­laş­ma­nın hə­lə gə­lən il ər­zin­də də da­vam et­mə­si göz­lə­nir. Bü­tün bun­lar qı­zıl­dan ha­zır­la­nan mə­mu­lat­la­rın da qiy­mə­tin­də en­mə­lə­rə gə­ti­rib çı­xa­rır. Am­ma Azər­bay­can­da, nə­dən­sə, qı­zıl məh­sul­la­rı­nın qiy­mə­tin­də hə­lə də han­sı­sa ucuz­la­ma qey­də alın­ma­yıb. Ək­si­nə, ye­ni toy möv­sü­mü­nə az müddt qal­dı­ğı bir vaxtda qı­zı­lın qiy­mə­ti yük­səl­mə­yə baş­la­yır. Ye­ri gəl­miş­kən qeyd edək ki, mə­hər­rəm­li­yin so­na çat­ma­sı­na az qal­ma­sı ilə əla­qə­dar ar­tıq qı­zıl ba­za­rın­da can­lan­ma var və bu, qiy­mət­lə­rə də tə­sir edir. İlin so­nu­na ki­mi öl­kə­miz­də qı­zı­lın qiy­mə­tin­də bir qə­dər də ar­tım ol­ma­sı is­tis­na edil­mir. Ha­zır­da qı­zıl ba­za­rın­da 583 əyar­lı Ru­si­ya qı­zı­lı­nın bir qra­mı 60 ma­nat, 585 əyar­lı Tür­ki­yə qı­zı­lı­nın qra­mı 65 ma­nat, 750 əyar­lı İta­li­ya qı­zı­lı­nın qra­mı isə 85 ma­nat­dır. Bril­yant komplektlə­rin qiy­mə­ti 2200 ma­nat­dan baş­la­yır. Qiy­mət qı­zı­lın və bril­yan­tın çə­ki­si­nə gö­rə də­yi­şir. Sa­tı­cı­lar bil­di­rir ki, dol­lar ba­ha­la­şan­dan son­ra qı­zı­lın qiy­mə­tin­də cid­di də­yi­şik­lik var. Araş­dır­ma­lar onu da gös­tə­rir kı, qı­zı­lın 750, 580 əyar­lı­sı­na tə­lə­bat da­ha çox­dur. Bu da qiy­mət­lə­rin artma­sı­na rə­vac ve­rir. Onu da nə­zə­rə alaq ki, Azər­bay­ca­nın qı­zıl ba­za­rı id­xal he­sa­bı­na for­ma­la­şır. Bu sə­bəb­dən he­sab olu­nur ki, yer­li zər­gər­lik sə­na­ye­si ya­ra­dıl­ma­lı­dır və bu, qı­zı­lın qiy­mə­ti­ni ucuz­laş­dı­ra bi­lər. Hə­lə­lik isə Azər­bay­can qı­zıl is­teh­sal edən öl­kə ola­raq məh­sul­la­rı­nı da­xi­li ba­za­ra çı­xar­mır. Qı­zıl­la­rın bir qis­mi­ni emal üçün di­gər öl­kə­lə­rə sa­tı­lır. Di­gər bir qis­mi isə eh­ti­yat­da sax­la­nır. Hal­bu­ki, so­vet­lər dö­nə­min­də Azər­bay­can­da zər­gər­lik sə­na­ye­si­nin in­ki­şaf templə­ri və ey­ni za­man­da ren­ta­bel­li­yi yük­sək olub. Öl­kə­də və­tən­daş­la­rın zər­gər­lik məh­sul­la­rı­na da­im ma­raq gös­tər­di­yi­ni bil­di­rən ekspertlər zər­gər­lik sə­na­ye­si­nin ya­ra­dıl­ma­sı­nı va­cib sa­yır­lar. Özü də nə­zə­rə al­maq la­zım­dır ki, qı­zıl sə­na­ye­si­nin Azər­bay­can­da ənə­nə­si möv­cud­dur və ona gö­rə də bu sa­hə­nin for­ma­laş­dı­rıl­ma­sı im­kan­la­rı xey­li asan­dır. Di­gər tə­rəf­dən qı­zıl əş­ya­la­ra tə­lə­ba­tın yük­sək­li­yi zər­gər­lik sə­na­ye­si­nin ya­ra­dıl­ma­sı­nı zə­ru­ri edir. Ey­ni za­man­da zər­gər­lik sek­to­ru­nun qu­rul­ma­sı cid­di ma­liy­yə re­sursla­rı tə­ləb et­mir. Bu sa­hə nis­bə­tən az ma­liy­yə tə­ləb et­di­yi üçün ren­ta­bel­li ol­ma eh­ti­ma­lı da­ha yük­sək­dir. Bir da­ha xa­tır­la­daq ki, so­vet­lər döv­rün­də Azər­bay­can­da in­ki­şaf et­miş sa­hə­lər­dən bi­ri məhz zər­gər­lik idi. Son­ra­dan zər­gər­lik mü­əs­si­sə­lə­ri­nin özəl­ləş­di­ril­mə­si hə­ya­ta ke­çi­ril­di və bu da nə­ti­cə­də fə­a­liy­yə­tin da­yan­dı­rıl­ma­sı­na gə­ti­rib çı­xar­dı. İn­di hə­min mü­əs­si­sə­lə­rin fə­a­liy­yə­ti­nin bər­pa olun­ma­sı və yer­li sə­viy­yə­də ha­sil edi­lən qı­zı­lın bir his­sə­si­nin ora yön­lən­di­ril­mə­si və­ziy­yə­ti də­yi­şə bi­lər. Özü də Azər­bay­ca­nın qı­zıl ha­si­la­tı il­dən-ilə ge­niş­lə­nir. Bu iş­lə məş­ğul olan "Anglo Asi­an Mi­ning plc" şir­kə­ti ha­zır­da "Gə­də­bəy" və "Qo­şa" ya­taq­la­rın­da qı­zıl və di­gər qiy­mət­li me­tal­lar çı­xa­rır. Azər­bay­can Res­pub­li­ka­sı­nın 2017-ci il döv­lət büd­cə­si zər­fin­də yer alan mə­lu­mat­la­ra əsa­sən isə 2017-ci il­də öl­kə­də 2418,2 ki­loq­ram qı­zıl is­teh­sal olu­na­caq ki, bu da bu­il­ki proq­noz­dan 7,44% çox­dur. Məhz ha­si­la­tın bir his­sə­si­nin yer­li sə­viy­yə­də qı­zıl məh­sul­la­rı­nın ha­zır­lan­ma­sı­na yö­nəl­dil­mə­si va­cib sa­yı­lır.