Ayətullah Sübhaninin Azəri televiziyasının 24 saatlıq yayıma keçməsi ilə bağlı müraciəti
May 24, 2015 18:18 Asia/Baku
Təqlid mərcələrindən olan Ayətullah Sübhani Azəri televiziyasının 24 saatlıq yayıma keçməsi ilə əlaqədar müraciət verib. Həmin müraciət bu gün İran İslam Respulbikası Teleradio Təşkilatının Konfranslar Mərkəzində Azəri televiziyasının 24 saatlıq yayıma keçməsi ilə əlaqədar keçirilən açılış mərasimində onun nümayəndəsi tərəfindən oxunub. Həmin müraciəti sizə təqdim edirik.
Allah-taala buyurur: الذین یُبلغّون رسالات الله و یخشونه و لا یخشون احداً الا الله و کفی بالله حسیباً (Əhzab surəsi. ayə 39)Quran maarifində hidayət məsələsi ən önəmli məsələlərdən olmuşdur və yaranışın xaliqi özünə vacib buyurmuşdur ki, bütün yaranmışları layiq olduqları tam varlığa hidayət etsin. إنّ علینا للهدی (Leyl surəsi. ayə 12)
Heyvanlar və cansızlar aləmində الذی اعطی کلّ شیءٍ خلقه ثم هدی (Taha surəsi. ayə 50) ayəsi bunu bəyan edir ki, kainatdakı hər bir şey Allah-taalanın əmrinə tabedir və وله أسلم من فی السموات و الارض طوعاً و کرهاً والیه یرجعون (Ali İmran surəsi. ayə 83) və mələklər və səmavi aləmdə də بل عبادٌ مکرمون لایسبقونه بالقول و هم بإمره یعملون (Ənbiya surəsi. ayə 26-27) Yaradanın böyük rəhməti və kamil hikməti zərurət yaratdı ki, insanı müəyyən çərçivədə ixtiyar sahibi etsin ki, zillət qarşısında hidayət, batil qarşısında haqq ixtiyarı onun bütün mövcudlardan üstün olması və beləliklə yaranışın gülünə çevrilməsinə səbəb olsun. Bu ərsədə də Allah-Taalanın xüsusi lütfü batini və zahiri hidayət cilvəsi Bəni Adəmə qismət oldu. Beləliklə öz höccəti və nemətini onun üçün kamil etsin. إنّا هدیناه السبیل إمّا شاکراً و إما کفوراً (İnsan surəsi. ayə 3)
Peyğəmbərlərin besəti və səmavi kitabların nazil olması elə bu istiqamətdə baş tutdu və hidayətin çatdırılması Allahın seçilmişlərinin üzərinə qoyuldu. Hazırda ilahi dəyərlər istiqamətində addım atan, ilahi müraciətləri və bəyənilmiş əxlaqın yayılması istiqamətində çalışan hər bir şəxs peyğəmbərlərin yolundadır və onların hidayəti çatdırmaq missiyasının bir hissəsini üzərlərinə götürmüşlər. Əlbəttə Haqq elçilərinin yüksək və ali məqamı da bu istiqamətdə çalışanlara qismət olacaqdır. Aydındır ki, hər bir zamanda hidayətçilər öz zəmanəsinin yayılmış vasitəsindən hidayət etmək üçün yararlanmışlar. Həzrət Musa (ə) öz əsası ilə sehrbazların meydanına getdi. Həzrət İsa (ə) öz can bəxş edən nəfəsi ilə cahillik və küfrün qarşısına çıxdı. Həzrət Məhəmməd (s.ə.s) Quran-Məcidin fəsahət və bəlağət möcüzəsi ilə küfr və şirk qoşununun qarşısına çıxdı. Media sahəsində bəşərin sensasiyalı inkişaflarının əsri olan hazırkı əsrdə də peyğəmbərlərin ardıcılları, Quran-Kərim və Əhli-Beytin (ə) düzgün yolunun ardıcılları da özlərini zəmanənin silahları ilə silahlandırmağa tam ehtiyaclı hiss edirlər və öncüllərinin dəyərlərinə uyğun şəkildə peyğəmbərlər və Əhli-Beytin (ə) hidayəti ilə özlərini zinətləndirsinlər ki, onların çalışmaları Allahın dərgahında qəbul olsun və əsirgəmədiyi səylər sevilənlərin ürəyincə və təsirli olsun. Mən İran İslam Respublikasının Radio və Televiziya rəsmilərinə Səhər Beynəlxalq Telekanalının Azəri Televiziyasının fəaliyyəti və fəaliyyətinin genişlənməsi ilə əlaqədar səmimi qəlbdən alqışlayır və təşəkkürümü bildirirəm. Bu telekanalın əksər tamaşaçıları əsasən Əhli-Beyt (ə) məktəbinin ardıcılları Qafqaz bölgəsi, xüesusilə də Azərbaycan Respublikasındadır. Buna görə, bu dəyərli medianın kəmiyyət və keyfiyyətini zəruri və lazımi məsələ hesab edirəm. və bir sıra məsələləri qeyd edir və onlar riayət olunmasını vurğulayıram.
1. Ziyalı və təcrübəli ekspertlərdən istifadə olunmaqla Quran və Əhli-Beyt (ə) maarifinin dərin çeşməsindən istifadəsi prioritet olsun.
2. Sağlam atmosferin yaradılması və daha ürəyəyatan və faydalı proqramların hazırlanması istiqamətində öz səyinizi göstərin.
3. İstər keçmişdə, istərsə də hazırdakı çoxlu təcrübələri nəzərə alaraq vurğulayıram ki, İlahi risalət Quran maarifinin təbliği, Həzrət Məhəmməd (s.ə.s) və Əhli-Beytin (ə) haqqsevər hidayət müraciəti, dini mentalitetin canlanmasını ötəri siyasi çalarlara qurban etməyəsiniz. Heç vaxt davamsız siyasi olaylar və cərəyanlar arasındakı müvəqqəti çəkişmələri islam maarifi, etiqadı və əxlaq dəyərlərindən önə çəkməyəsiniz. Belə ki, sizdən və sizin səylərinizdən faydalı qalacaq olan iş şəriət sahibi və İmam Zamanın (ə.f) diqqətində dursun. Eləcə də sizin din, dünya və axirətin səadəti və sağlamlığınızla nəticələnsin. Arxayın olun ki, siyasət, hökumət və digər məsələlər meydanında düzgün istiqamətlənmək tövhid maarifi və dinin həyati müraciətlərinin düzgün şəkildə əldə olunmasına bağlıdır.
Allah-taaladan İran İslam Respublikası Teleradio Təşkilatında, xüsusilə də bu mübarək televiziyada bütün rəsmilər, işçilər və ilahi maarifin təbliği istiqamətində çalışanlara gün-gündən artmaqda olan uğurlar diləyirəm.
Vəssəlamu Əleykum Vərəhmətullahi Vəbərəkatuh.
24.05.2015
Qum Müqəddəs Elmlər Hövzəsi
Cəfər Sübhani