May 25, 2015 14:36 Asia/Baku
  • Nüvə müzakirələri İran Parlamentinin zərrəbini altında - Təhlil
    Nüvə müzakirələri İran Parlamentinin zərrəbini altında - Təhlil

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif müavini və İranın baş nüvə müzakirəçisi Seyid Abbas İraqçı ilə birlikdə dünən bazar günü İran İslam Şurası Məclisinin üzvləri ilə birgə iclas təşkil edib.

Bu iclasın əsas mövzusu nüvə müzakirələrinin gedişi ilə bağlı dəyərləndirmələrin həyata keçirilməsi, İranın qırmızı xətləri və həssas məsələlərlə bağlı elan olunmuş mövqelərinin araşdırılması və ehtimal olunan yekun nüvə anlaşması barədə fikir mübadiləsinin aparılması olub.
İranın baş nüvə müzakirəçisi Seyid Abbas İraqçı İran İslam Şurası Məclisinin üzvləri ilə görüşü konstruktiv və faydalı adlandırıb və deyib: Əlavə protokolun qəbul edilməsi məsələsi İslam Şurası Məclisinin səlahiyyətləri daxilində olan bir məsələdir və bu iclasda əlavə protokolda qeyri-nüvə təsisatlarına proqramlaşdırılmış nəzarətlə bağlı yer alan prosedur qaydalara aydınlıq gətirildi.
A.İraqçı əlavə edib: Protokolu icra edən ölkələrin öz hərbi, nüvə və sənaye sirlərinin təhlükəsizliyinin təmin edilməsi habelə, casusluğun önlənilməsi istiqamətində həyata keçirdikləri işlər barədə Məclis üzvlərinə lazımi açıqlamalar verildi.
Bu iclas elə bir şəraitdə baş tutub ki, İran və 5+1 qrupu yekun nüvə anlaşması sənədinin ilkin mətninin hazırlanması istiqamətində birgə səylərini davam etdirirlər. Amma, bu prosesin özü bir sıra "qaranlıq" məqamlara malikdir. Belə ki, ABŞ prezidenti ötən hətfə Amerika yəhudilərinin toplantısında iştirakı zamanı Vaşinqtonun İranın nüvə proqramının bütün detallarına misilsiz formada tam və əhatəli nəzarəti təmin edə biləcək bir anlaşmanın ardınca olduğunu dedi.
Barak Obama bir daha tamahkarlıqdan qaynaqlanan iddialarını təkrar edərək, bütün seçimlərin masa üzərində olduğunu və masa üzərində qalacağını dedi.
B.Obama həmçinin, ötən cümə "İran ilə nüvə anlaşmasının araşdırılması " qanun layihəsini imzaladı. Aydın məsələdir ki, bu kimi hərəkətlərdə məqsəd ABŞ-ın tamahkarlıqdan qaynaqlanan məqsədlərə çatmaqdır.
Amma, nüvə müzakirələrində İranın qırmızı xətləri tam aydın və şəffaf formada bəyan edilib. Çünki, İran nəzarət və təftiş adı altında məxfi məlumatlarının Qərb tərəfindən ifşa edilməsi və hətta, nüvə alimlərinin terrora məruz qalması kimi xoşagəlməz bir təcrübəyə malikdir.
İran 2005-ci ildə İranın hərbi mərkəzlərindən olan Parçin mərkəzinə baxışın keçirilməsini təmin etdi və aydın oldu ki, burada hansısa qeyri-adi bir fəaliyyət yoxdur.
Amma, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yokio Amano bir daha İranın nüvə fəaliyyətləri ilə bağlı hesabatlarında ikibaşlı ifadələrlə şübhələr oyatmağa və Qərbin İrana qarşı qalmaqal yaratması üçün bəhanələr düzəltməyə çalışır.
Belə bir şəraitdə İslam İnqilabının Böyük Rəhbəri İmam Hüseyn(ə) hərbi məktəbinin məzunları mərasimində nüvə müzakirələrində tamahkarlığa əsaslanan tələblərin irəli sürülməsinə, İranın hərbi mərkəzlərində təftişlərin aparılması və nüvə alimləri ilə müsahibələrin edilməsi kimi tələblərin səsləndirilməsinə işarə edərək, deyiblər: Belə bir icazə verilməyəcək və düşmənlər bilməlidirlər ki, İran xalqı və rəsmiləri onların tamahkarlıqları və zorakılıqları qarşısında müqavimət göstərəcəklər.
Həzrət Ayətullahülüzma Xamenei İslam Quruluşunun qarşısında duran əsas problemlərdən birini qarşı tərəfin nüvə müzakirələrindəki zorakılığı və tamahkarlığı adlandırıb və deyiblər: Bu tamahkarlıqlar qarşısında milli iradə, əzmkarlıq və Allaha təvəkkül etmək yolu ilə möhkəm bir divar çəkilməlidir.
O həzrət həmçinin vurğulayıblar: İran rəsmiləri və nüvə müzakirəçiləri İran xalqının əzəmətini nüvə müzakirələrində nümayiş etdirməlidirlər.
Zərif və İraqçının dünən İslam Şurası Məclisi üzvləriilə iclası əslində nüvə müzakirələrinin məhz bu çərçivədə davam etdirilməsinə bir daha təkidiin edilməsi məqsədini daşıyırdı.

Teqlər