Terrorun qurbanı olan əlillərin ilk konfransı Müqədds Müdafiə muzeyində keçirildi
https://azeri.sahartv.ir/news/İran-i194214-terrorun_qurbanı_olan_əlillərin_ilk_konfransı_müqədds_müdafiə_muzeyində_keçirildi
Terrorizm Qurbanlarının Müdafiəsi Cəmiyyəti terrorun qurbanı olan əlillərin ilk konfransını bir çox əlilin iştirakı ilə təkil edib. Bu cəmiyyət 2007-ci ildən terror qurbanı olan əlil və şəhidlərin ailələrinin üzvlüyü ilə təsis olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2015 12:23 Asia/Baku
  • Terrorun qurbanı konfransı
    Terrorun qurbanı konfransı

Terrorizm Qurbanlarının Müdafiəsi Cəmiyyəti terrorun qurbanı olan əlillərin ilk konfransını bir çox əlilin iştirakı ilə təkil edib. Bu cəmiyyət 2007-ci ildən terror qurbanı olan əlil və şəhidlərin ailələrinin üzvlüyü ilə təsis olunub.

Səhər Beynəlxalq Telekanalının Azəri Televiziyasının məlumatına görə, Münafiqlər, Pejak, Cundullah, Ərəb Xəlqi və Kürdüstan Komulə kimi imperializmin amilləri tərəfindən 17 mindən çox iranlı şəhid edilmişdir. Lakin hələlik terrorizm qurbanı olan əlillərlə əlaqədar dəqiq məlumat yoxdur. Terror düşmənin müsəlmanları səhnədən uzaqlaşdırmaq üçün əsas vasitələrindən biri olmuşdur. İslam İnqilabı dövründə, xüsusilə də müqəddəs müdafiənin ilk illərində bu məsələ özünü müxtəlif formalarda əks etdirdi. Belə ki, çoxlu sayda İran vətəndaşı və rəsmisi imperializm tərəfindən terror olundu. İmperializmə bağlı terrorçular tərəfindən minlərlə iranlının şəhid edilməsi və yaralanmasına baxmayaraq, hələ də beynəlxalq dairələrdə onların ailələrinin minimum hüququna diqqət yetirilməyib. Çünki əgər bu baş verərsə, terrorçuların dəstəklənməsi ilə əlaqədar imperializmin bir çox pərdəarxası planı bütün dünyaya aşkar olacaqdır. Bugünkü dünyada ən böyük müsibətlərdən biri budur ki, terrorizmi dəstəkləyən ölkə və hökumətlər zahirdə onunla mübarizə aparırlar. Əlbəttə bu məsələ dünya üçün həmişə gizli qalmayacaqdır.