İran Ərəbistandakı terror aktını qınadı
May 30, 2015 04:26 Asia/Baku
-
Mərziyə Əfxəm
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ərəbistanın Dəmam şəhərində məsciddə namaz qılmaqla məşğul olan şiələrə qarşı terror hücumunun törədilməsini qınadı.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm cümə günü axşam terrorçuların ötən iki həftə ərzində ardıcıl olaraq Ərəbistanın Şərqiyyə vilayətində namaz qılmaqla məşğul olan insanlara qarşı terror aktları törətmələrinə işarə edərək, bu kimi hadisələrin önlənilməsi üçün ciddi tədbirlərin görülməsini və önləmlərin alınmasını vurğulayıb.Cümə günü günorta vaxtı Ərəbistanın Dəmam şəhərində İmam Hüseyn(ə) məscidində törədilən terror aktı zamanı 4 nəfər şəhid olub, 10 nəfər isə yaralanıb.
Bu terror aktını törədən şəxs, şəxsi avtomobilinə quraşdırdığı partlayıcı qurğunu namaz vaxtı işə salaraq, partladıb.
Ötən cümə günü də bir terrorçu kamikadze Qətif şəhərində, İmam Əli(ə) məscidində özünü partladaraq, 20 nəfəri şəhid etmiş, onlarla nəfəri də yaralamışdı.
Teqlər