Tehran "İmam Xomeyni(r.ə), Fələstin və İslam Müqaviməti" seminarına ev sahibliyi edir
https://azeri.sahartv.ir/news/İran-i194377-tehran_İmam_xomeyni(r.ə)_fələstin_və_İslam_müqaviməti_seminarına_ev_sahibliyi_edir
Fələstini Müdafiə Edən Qeyri-Hökumət Təşkilatları Birliyinin baş katibi deyib: Beynəlxalq "İmam Xomeyni(r.ə), Fələstin və İslam Müqaviməti" seminarı 450 yerli və xarici qonağın iştirakı ilə bazar ertəsi Tehranda keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2015 12:20 Asia/Baku
  • Tehran
    Tehran "İmam Xomeyni(r.ə), Fələstin və İslam Müqaviməti" seminarına ev sahibliyi edir

Fələstini Müdafiə Edən Qeyri-Hökumət Təşkilatları Birliyinin baş katibi deyib: Beynəlxalq "İmam Xomeyni(r.ə), Fələstin və İslam Müqaviməti" seminarı 450 yerli və xarici qonağın iştirakı ilə bazar ertəsi Tehranda keçiriləcək.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, Fələstini Müdafiə Edən Qeyri-Hökumət Təşkilatları Birliyinin baş katibi Seyid Zəhra Mustəfəvi bazar günü Tehranda bir mətbuat konfransında deyib: Bu seminarda 67 ölkədən gəlmiş 300 xarici qonaq, İranda yaşayan 60 fələstinli tələbə və Yəməndən 40 qonaq iştirak edəcək.
Fələstini Müdafiə Edən Qeyri-Hökumət Təşkilatları Birliyinin baş katibi əlavə edib: Həzrət İmam Xomeyni(r.ə) 40 ildən artıq bir müddət üçün Pəhləvi rejimi ilə mübarizə apardı və bu, o həzrətin zülmə qarşı mübarizə xüsusiyyətinin bariz nümunəsi olaraq, Fələstin xalqını himayəyə səbəb oldu.